Azərbaycanlı tələbələrin kütləvi davası

img

06-11-2014 [12:01]


Şimali Kiprdə azərbaycanlı tələbə saxlanılıb.

ANS PRESS-in məlumatına görə, Lefkoşadakı Beynəlxalq Kipr Universitetində iki qrup arasında dava düşüb.

Məlumata görə, mübahisəyə qarışan qruplar arasında öncədən də problem olub. Davada ümumilikdə 6 tələbə iştirak edib. Dava polis idarəsində yekunlaşıb.

Qarşı qarşıya gələnlər iraqlı, livanlı və azərbaycanlı tələbələr olublar.

Polis tərəfindən saxlanılan Baleb Yaseen İbrahim, Zana Seror Abdulkhaleo, Moustafa Elalj, Ali Battikh, Abdullah Abdallah və Timur İsmayılov olub. Onlardan 3-ü İraq,2-i Livan, biri isə Azərbaycan vətəndaşıdır.

Məhkəmənin qərarı ilə adıçəkilən şəxslər məhkəmə davam etdiyi müddətdə Kipri tərk etməyəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA