06-11-2014 [11:55]
Məşhur türkiyəli ulduzlar "Instyle” dərgisinə nələri seksual hesab etdiklərini açıqlayıb.

Ailem.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni Atiyə baxışların onun üçün çox mühüm olduğunu vurğulayır, insanın dərinliyi və ağlının onun gözlərində əks olunduğuna inanır. Ən çox dodaqlarını seksual hesab edən Atiyəyə görə, seksuallıq geyimlə deyil, insanın özünə inamı ilə bağlıdır. Özünü rəqs edərkən, mahnı oxuyarkən və səhnədə olarkən seksual hesab edir.

"Kuzey Güney” serialının Güneyi, aktyor Buğra Gülsoy yara izinin kişiyə xarizma qatdığını düşünür. Qadında isə ən seksual hesab etdiyi yerlər boyun və belin budla bitişdiyi yerdəki çuxurlardır. Yaraşıqlı aktyor açıq-saçıq geyinən qadının onun üçün maraqlı olmadığını da əlavə edib: "Özünü gizli qutu kimi saxlayan qadın mənim üçün həmişə daha seksualdır”.

Azərbaycan əsilli aktrisa Nəsrin Cavadzadənin özündə ən bəyəndiyi şey dolğun dodaqları və çənəsindəki xalıdır: "Məni fərqləndirdiyi üçün xoşlayıram onu”. Qolu əzələli kişiləri sevən aktrisanın seksuallıqla bağlı maraqlı fikirləri var: "İşini ustalıqla və peşəkarcasına görən hər kəs seksualdır”. O, özünü hündür dabanlı ayaqqabılarda çəkici hesab edir və "bir qadın başqası üçün bəzənir” mifinə inanır.

Boksla məşğul olan yaraşıqlı aktyor Haluk Piyesə görə, seksual olmaq üçün insanın daxili dünyası xarici görünüşündə özünü əks etdirməlidir. Qadında vücuduna və özünə hörmət etməyini təqdir edir, 50-ci illərin film ulduzu Kim Novakı isə ən seksual aktrisa hesab edir.

"Mor ve Ötesi” qrupunun solisti Harun Təkin "fərd olmaq seksualdır”, - deyir. Əllərini, gözlərini və dodaqlarını seksual hesab edən musiqiçi onlarla çox şey ifadə edə bildiyini söyləyir. Ən seksual hesab etdiyi qadınlarsa Keyt Blanşett və Ketti Perridir.

Model və aktrisa Nəfisə Karatay beli açıq paltarları sevir. Belindəki dərin oyuğun ona seksuallıq verdiyini düşünür və ən çox gözlərini, dərisinin ağlığını, parlaqlığını və şəffaflığını bəyənir. Hündür dabanlı ayaqqabılarla özünü daha cəlbedici hiss etdiyini deyən Karatay seksuallığın açarının məsumluqda olduğunu bildirir: "Məncə, Merilin Monro dünyanın ən seksual, eyni zamanda ən məsum baxan qadınıdır. İnsan məsumluğunu, uşaqlığını itirəndə bəsitləşir”.

Müğənni Sərtap Ərənər seksuallığın tamamilə içdən gələn şey olduğunu deyir və insanın özünə güvənini çox cəlbedici hesab edir. Həmkarı Atiyə kimi Ərənər də səhnədə özünü çox seksual hiss edir.

Aktrisa Zeynəb Beşərlər paltar seçəndə boyun və qolların açıq olmağına diqqət yetirir. Xüsusi bir yerə dəvət olunanda isə dərin bel dekolteli paltarlar seçir. Gözəl gülən kişiləri çox seksual hesab edir. Beşərlərə görə, aktrisalardan Culiya Roberts və Uma Turman çox cəlbedicidirlər.
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur