Bacısının başının kəsən qızın ailəsindən şok addım

img

05-11-2014 [13:43]


Bakıda bacısı Günel Nuriyevanın boğazını kəsərək amansızlıqla qətlə yetirən Pərvanə Nuriyevaya görə valideynləri yaşadığı doğma kəndi tərk ediblər.

Bu barədə axar.az-a verilən xəbərdə deyilir ki, Nuriyevlər ailəsi baş verən bu dəhşətli hadisədən sonra Şəkidə yaşamaq istəməyiblər. Qızların atası Etibar Nuriyevin rayondan Bakıya köçdüyü deyilir. Mənbənin sözlərinə görə, E.Nuriyev özü sakit, tanınmış və hörmətli şəxslərdən sayılır, bu qətldən sonra isə Şəkidə yaşamaq və insanlar arasına çıxmaq istəməyib.

Qeyd edək ki, P.Nuriyeva ilkin ifadəsində bacısının lesbiyan olduğunu, evə qadınlar gətirdiyini deyərək onu bu yoldan çəkindirməyə çalışdığını söyləyib. Onun dediyinə görə, bacısı bu xəbərdarlıqlara məhəl qoymadığı üçün onu öldürüb. İkinci açıqlamada isə yuxuda ona hökm gəldiyini və ona görə oyanıb bacısının başını kəsdiyini bildirmişdi.

Tibbi ekspertizanın rəyində isə Günel Nuriyevanın bakirə olduğu vurğulandı. Psixoloqlar Pərvanə Nuriyevanın psixoloji baxımdan problemli olması qənaətindədirlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA