Abşeronda qayınata gəlininin boğazını kəsdi

img

12-11-2014 [11:54]



Bakı kəndində qaynata gəlinin boğazını kəsib. Hadisə Fatmayı kəndində qeydə alınıb.
Bu barədə Fatmayı polis şöbəsinin müstəntiqi Samir Balakişiyev ans-ə məlumat verib.
Verilən məlumata görə, hadisə Fatmayı kənd orta məktəbinin yaxınlığındakı evlərin birində qeydə alınıb.
Belə ki, 1939-cu il təvəllüdlü Gülbala Rəhim oğlu Mamedov gəlini, 27 yaşlı Büllurə Famil qızı Məmmədovanı bıçaqlayıb.
Qadını bıçaqlayarkən kişi sərxoş olub. Hadisə evdə yaranan mübahisə zamanı baş verib.
Qadın xəstəxanaya yerləşdirilib.
Gəlininin boğazını kəsən qaynata isə saxlanılıb.
"Dünən sərxoş olduğu üçün onun ifadəsini ala bilməmişik. Bu gün hadisə barədə ətraflı araşdırmalar aparılacaq”, - deyə Samir Balakişiyev bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA