01-11-2014 [14:40]
MİA xəbər verir ki, bu sözləri aznews.az-a açıqlamasında Akademik Milli Dram Teatrının aktyoru Telman Əliyev bildirib.
Onun sözlərinə görə, teatrın direktoru İsrafil İsrafilov istedadlı aktyorlara çalışmaq üçün şərait yaratmır: "O, ümumiyyətlə aktyorların qədrini bilmir, harda balaca aktyor, rejissor varsa Akademik teatrın səhnəsinə gətirir. Bu addımı ilə YUĞ teatrını da korlayır. YUĞ teatrı özünə görə forması olan bir teatrdır. Onun öz masştabı və oyun tərzi var. Zordan onları bu teatra gətirib rol vermək düzgün deyil. Onların bəziləri həm burda, həm də orda işləyir. Ştatda olan işçiləri niyə bir-bir çıxardırlar? Bir teatrı yetişdirmək üçün ən azı 10 il lazımdır”, - deyə əməkdar artist vurğulayıb.

Akademik Milli Dram Teatrının aktyoru teatrda baş verən daha bir məqama da toxunaraq qeyd edib ki, qastrollara çıxanda, rayonlara gedəndə rəhbərlik onların gündəlik pulunu mənimsəyir:
"45 manat əvəzinə qol çəkdirib 9 manat verirlər. Belə şey olmaz. Aktyorun haqqını necə yemək olar? Biz isə qastrollardan xeyli pul gətiririk. Bu haqda bir dəfə də olsun, hesabat verilmir. Son bir ildə İsrafil İsrafilov kollektiv qarşısına çıxmayıb, iclas keçirməyib, narazılıqların heç birini müzakirə etməyib. Mən özümə qiymət verməyi bacaran adamam. Oturduğum yerdə Əməkdar artist adını verməyiblər ki? Mən bu saat Xalq artisti adını almalıyam. 200-dən artıq rolun ifaçısıyam. Mənə bundan sonra nə lazımdır? Məni yandıran sadəcə teatrın taleyidir. Onun oturduğu yerdə Ədil İsgəndərov, Əli İsmayılov, Həsən Turabov oturub. Bura teatrdır, canlı insanlardır. Hər aktyordan bir nəfərdir, onlar bir də dünyaya gəlməyəcək. Niyə Hacı İsmayılov, Rəfael Dadaşov, Firuz Xudaverdiyev öz mövqeyindən qorxsunlar ki, birdən bizi işdən çıxararlar? Axı onlar bacarıqlı, istedadlı aktyorlardır. Firuz Xudaverdiyevin 75 yaşı var, səhnədə uşaq kimi gəzir. Eləcə də Hacı İsmayılov, Rafiq Əzimov... Teatr yenicə təmirdən çıxanda isə İsrafil İsrafilov kollektivin qarşısında çıxış edərək "Hər birinizə 2 min manat maaş verəcəyəm” sözünü vermişdi, hanı o söz”, - deyə Telman Əliyev əlavə edib.
Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovun isə aktyorun fikirlərinə münasibəti çox soyuqqanlı olub: "Müasir zamanda yaşayırıq və hər kəs öz fikrini sərbəst şəkildə ifadə edə bilər. İkincisi, Telman Əliyev Teatrın ştatlı əməkdaşı deyil, o, müqavilə əsasında çalışır. Teatrda baş verən hadisələri, tamaşaya qoyulan əsərlərin keyfiyyətini yoxlamaq üçün Teatra gəlib aktyor kollektivi ilə söhbət etsəniz, hər şeyi öz gözlərinizlə görə bilərsiniz”.
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur