Oğluna narkotik verən Azərbaycanlı ana...

img

29-10-2014 [10:43]


Bakıda 7 saylı Cəza Çəkmə müəssisəsinə (CÇM) narkotik maddə ötürmək cəhdinin qarşısı alınıb. 

Bu barədə Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Bilirilir ki, Cinayət Məcəlləsinin oğurluq maddəsinin bir neçə bəndinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Mayıl Şərafəddin oğlu İsmayılovun yanına qısamüddətli görüşə gələn anası, Ağsu rayonu, Pirhəsənli kəndində yaşayan vətəndaş Əsmarə Barat qızı İsmayılovanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilib. Bu zaman qadının əl çantasında olan saç üçün rezinin içərisində gümüşü kağıza bükülərək gizlədilmiş 4,153 qram narkotik maddə - həşiş qətranı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA