Yol polisi sürücünü xəstəxanalıq edib?! - İDDİA

img

30-10-2014 [12:05]


Ağdaş rayonunda yol polisinin əməkdaşları sürücünü döyüb. 

Bu barədə "Qafqazinfo”ya sakinlər məlumat verib. Onlar qeyd edir ki, hadisə pul üstündə baş verib. 

Belə ki, yol polisləri Yasin Zalışov və Elnur Mehdiyev rayonun Pirkəkə kənd sakini Elnur Aslanovun maşınını saxlayaraq pul tələb ediblər. Sürücü pul vermədikdə isə polislər onu bərk döyüblər.

Hazırda Elnur Aslanov reanimasiya şöbəsindədir. O, polislərlə bağlı prokurorluğa müraciət edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA