"Kurtlar Vadisi" izləyicilərinə xəbər

img

23-10-2014 [22:12]


Məşhur "Kurtlar Vadisi Pusu" filminin yeni seriyası bu axşam yayımlanmayacaq. 

ANS PRESS-in məlumatına görə, Azərbaycanda da çoxlu izləyicisi olan Türkiyə serialının 235-ci bölümü Avropa Liqası çərçivəsində keçirilən "Partizan" - "Beşiktaş" oyunu səbəbindən efirə verilməyəcək. Əvvəlki illərdə də maraqlı futbol qarşılaşmaları zamanı "Kurtlar Vadisi Pusu" serialı efirə verilmirdi. Səbəb isə izləyicilərin əksəriyyətinin futbola baxmağa üstünlük verməsidir. 

Bu həftə serialın yeni bölümünün fraqmanı da yayımlanmayıb.

Filmlə bağlı "Pana Film"dən hər hansı bir açıqlama verilməyib. 

Qeyd edək ki, "Star" TV-dən bu axşam yerli vaxtla saat 22:05-də "Partizan" - "Beşiktaş" oyunu yayımlanacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA