"Mənim oğlumu heç kəs pis yola çəkməyib" - Xalq artisti

img

22-10-2014 [19:09]


Xalq artisti Arif Quliyev həbsxanaya düşüb, dünyasını dəyişən oğlundan danışıb


"5/5” verilişində qonaq olan aktyor "Övladınız həbsxanaya düşdü. Burada ailə tərbiyəsinin günahı oldu” sualına belə cavab verib:

"Övlad təsirə düşürsə, onun əməlini valideynə qoşmaq olmaz. Hər şey insanın özündən asılıdır. Bu, o demək deyil ki, bizim ailədə problem var. Adam öz dostunu, yaxınını tanımalıdır. Tanımırsansa, hərəkətinə, davranışına qiymət vermirsənsə, təsirə düşürsən. Mənim oğlumu heç kəs pis yola çəkməyib. O qayğı da, istək də görüb. Sadəcə, təsirə düşüb. Amma düşməməliydi. Niyə mənim atam, əmim, dayım olmaya-olmaya, mən pis yola getmədim, amma o getdi?”.

Qeyd edək ki, A.Quliyevin məhkumluq həyatı yaşayan oğlu Fərid Quliyev dünyasını dəyişib(pia.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA