Bakıda müğənni qanlı cinayət törətdi

img

20-10-2014 [16:44]


Bakının Nərimanov rayonu ərazisində bıçaqlanma hadisəsi başverib.

Z.Bünyadov prospektində yerləşən kafedə mügənni  Elçin Məmmədov müştərini bıçaqlayıb. Hadisə gecə saat  2 radələrində  qeydə alınıb. Kafeyə gələn 5 müştəri yeyib-içib, onlardan biri müğənniyə atmaca atıb: "Bunlar gələndə mən oxuyurdum. Söyüş söydülər, fikir vermədim".
 
Təqsirləndirilən şəxs onların kafedən getməsini gözlədiyini, amma müştərilərin danışmaq üçün müğənnin çölə çağırdıqlarını deyib. Bildirdiyinə görə, həmin şəxslər kafedən kənarda da onu söyüb, təhqir ediblər. Bundan qəzəblənən Elçin Məmmədov  Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Rəşadət Qasımovun oturduğu avtomobilə yaxınlaşıb: "Dedim düş aşağı, düşən kimi 2 zərbə endirdim".
 
APA TV-nin xəbərinə görə, yaralını dostları xəstəxanaya çatdırıblar.
 
Faktla bağlı CM-nin 126-cı (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA