Toyda dava düşdü, 3 nəfər bıçaqlandı

img

16-10-2014 [09:40]


Bakının Suraxanı rayonu ərazisində təşkil edilmiş bir toy məclisində qan axıdılıb. Hadisə rayonun Əmircan qəsəbəsində baş verib.

 Mia.az anspress-ə istinadən xəbər verir ki, toyda qonaq qismində iştirak edən qəsəbə sakini Elxan Zahirovla həmyerlisi 25 yaşlı Laçın Əmirov arasında mübahisə düşüb. Tanışlar toy evindən kənarlaşaraq aralarındakı mübahisəni yaxınlıqdakı dəmir yolunun kənarında davam etdiriblər. Mübahisə zəmnində Laçın Əmirov bıçaqla Elxan Zahirova xəsarət yetirib. Atasının bıçaqlandığını görən 25 yaşlı Rəsul Zahirov da mübahisəyə qoşulub və üzərində gəzdirdiyi cib bıçağı ilə Laçın Əmirovu vurub. Ancaq məsələ bununla da bitməyib və ayaq üstdə dayanmağı bacaran Laçın əlindəki bıçaqla Rəsula da xəsarət yetirib. Yaralılar yaxınlarının köməkliyi ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Növbətçi həkim Həsən Tağıyevdən aldığımız məlumata görə, yaralıların üçü də cərrahi əməliyyat olunub. Əməliyyətdan sonra yaralıların həyati təhlükələri aradan qaldırılıb. Hadisənin təfərrüatlarını Suraxanı polisi araşdırır. Məlumatı əldə edən Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin əməkdaşları hadisənin hansı şəraitdə törədilməsini və konkret olaraq kim tərəfindən başladıldığını araşdırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA