Deputatın dizayner qızı Bakıda açılış etdi

img

17-10-2014 [15:20]


Ötən gün Bakıda dizayner Mənzər Hacıyevanın şou-rumunun açılışı olub. 

"Qafqazinfo”nun məlumatına görə, Milli Məclisin deputatı, professor Asəf Hacıyevin qızı olan Mənzərin tədbirinə dizaynerin ailə üzvləri ilə yanaşı, bir çox tanınmış insanlar da qatılıb.

Azərbaycanın istedadlı dizayneri Mənzər Hacıyeva Bakıda doğulsa da, onun uşaqlığı Moskvada və İstanbulda keçib. O, ABŞ-ın Nyu-York Universitetini və Parsons Dizayn Məktəbini uğurla bitirərək, təhsilini Paris Dəb Məktəbinin Bercot Studiyasında davam etdirib.

Mənzər Londonda Mərkəzi San Martins parça rənglənməsi kurslarını bitirib və Florensiyada çanta dizaynerlərindən təcrübə alıb. Dizayner Michael Kors, Zac Posen, Narciso Rodriguez, Lanvin kimi məşhur dəb evlərində çalışıb.

Qeyd edək ki, Mənzərin təsis etdiyi "Menzer Hajiyeva" brendi art-şərflərin istehsalı ilə məşğuldur.




Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA