Bakıda məmurun bacısı qeyri-rəsmi əri tərəfindən bıçaqlandı

img

09-10-2014 [16:00]


Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ölkələrarası övladlığa götürmə sektorunun müdiri Vəsilə Möhsümovanın bacısı Təzəgül Möhsümova vətəndaş nikahında olduğu Xanlar adlı şəxs tərəfindən bıçaqlanıb.

Mia.az xəbər verir ki, bu barədə Axar.az-a bıçaqlanan şəxsin yaxın qohumları məlumat veriblər.

Mənbə qeyd edib ki, T.Möhsümovaya 5 bıçaq zərbəsi dəyib.Hadisə ailə münaqişəsi zəminində baş verib.

Hadisədən sonra ağır yaralı olan T.Möhsümova 1 saylı ŞəhərKlinikXəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, ağır yaralı vəziyyətdə gətirilən xəstənin durumu nisbətən normallaşıb.

Faktla bağlı NəsimiRayonPolis İdarəsində hadisə ilə əlaqədar araşdırma aparılır.

Qeyd edək ki, T.Möhsümova onu bıçaqlayan Xanlar adlı şəxslə 8 ildir vətəndaş nikahında yaşayır. Övladları yoxdur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA