Azərbaycanda sevdiyi qızın anasına görə intihara cəhd edən gənc oğlan - VİDEO

img

10-10-2014 [23:45]


Samux rayon Kolayır kənd sakini intihara cəhd edib. O, Gəncə şəhərində yüksəkgərginlikli elektrik dirəyinə çıxaraq, özünü atmaq istəyib. 

APA TV-nin bölgə müxbirinin verdiyi məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.
 
Aparılmış psixoloji söhbət nəticəsində intihar etmək istəyən 31 yaşlı Həzrətov Elşən Hüseynqulu oğlu fikrindən daşınıb, dirəkdən endirilib. Gəncə stansiyası Xətt Polis Şöbəsindən verilən məlumata görə, Elşən Həzrətovun intihara cəhd etməsinin səbəbi onun sevdiyi qızın anası tərəfindən qəbul edilməməsi olub. Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA