Azərbaycanlıların Türkiyədə kütləvı davası - FOTOLAR

img

08-10-2014 [22:05]


Türkiyənin Iğdır şəhərində Kobanidəki hadisələrə etiraz edən bir qrupla azərbaycanlılar arasında dava düşüb.

ANS PRESS-in məlumatına görə, nümayişçilər bələdiyyə meydanına yürüş etmək istəyib. Bu zaman polis qüvvələri aksiyaçılara müdaxilə edib və toqquşmalar olub.

Toqquşmalara zamanı nümayişçilərin polislərə atdığı daşlar Azərbaycan vətəndaşlarının iş yerlərinin pəncərələrinə dəyib və şüşələri qırılıb. Nəticədə azərbaycanlılarla nümayişçilər arasında mübahisə düşüb, daha sonra isə hər iki tərəf əlbəyaxa olub. Bir-birlərinə qarşı daş və dəyənəklərdən istifadə ediblər. Kütləvi dava zamanı 15 nəfərin yaralandığı bildirilir.

Hadisə yerinə Iğdır valisi Davut Haner gəlib dava müdaxilə etsə də bu da heç bir nəticə verməyib. Belə olan təqdirdə hadisə yerinə jandarma və polis qüvvələri cəld edilib.

Kütləvi dava zamanı yaralananlar Iğdır Dövlət xəstəxanasına aparılıb.


































Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA