Bakıda marketə qumbara atıldı, külli miqdarda pul oğurlandı

img

10-10-2014 [12:24]


Bu gecə paytaxtda inanılmaz cinayət hadisəsi baş verib.

Bilgəh qəsəbəsində 3 nəfər naməlum şəxs Üzeyir Hacıbəyov küçəsindəki marketə basqın edib.

Hüquq-mühafizə orqanlarından əldə etdiyimiz məlumata görə, maska taxmış həmin şəxslər avtomatla marketin mühafizəçisinə zor tətbiq ediblər və onun əl-qolunu bağlayılar. Daha sonra maskalı şəxslər marketə bitişik quraşdırılmış Beynəlxalq Banka məxsus bankomata qumbara bağlayıblar və partlayıcı qurğunu işə salıblar.
Partlayışdan sonra həmin şəxslər bankomatdakı külli miqdarda pulu götürərək naməlum istiqamətdə uzaqlaşıblar.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Hazırda faktla bağlı zəruri əməliyyat axtarış və istintaq tədbirləri həyata keçirilir. Quldurluq əməlini törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində operativ əməliyyat qrupları təşkil olunub.(lent.az)



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA