İcra başçısı rayon əhlinə daha bir qadağa qoyub? - Sünnət ziyafəti haqda yeni iddia

img

06-10-2014 [19:16]


Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysov Şəmkir əhalisinə  sünnət qadağası qoyub. Redaksiyamıza bununla bağlı daxil olan məlumata görə, RİH-nin başçısı yas mərasimlərinə qarşı başlatdığı yürüşünü, indi də toy və sünnət ziyafətlərinə yönəldib. Övladlarını sünnət etdirən zaman ziyafət təşkil edən insanlara əvvəlcədən xəbərdarlıqlar edilir və belə mərasimlər keçiriləcəyi təqdirdə ziyafət sahibləri küllü miqdarda cərimələnəcəklər.


Qeyd edək ki, Azərbaycanın bəzi rayonları Naxçıvan Muxtar Respublikasında həyata keçirilən yas mərasimləri ilə bağlı qayda-qanunu tədbiq etmək üçün qolları çirmələsələr də, bu qayda-qanunları yanlış və əhalidə ikrah yaradan tərzdə edirlər. Amma Naxçıvanda yas mərasimlərindən fərqli olaraq, toy və sünnət ziyafətlərinə hər hansı bir qadağa yoxdu. Görünür, Nazim Veysovun nəvə-nəticəsi babalarının qadağasından nəsibini alıacaqlarmı?

Vətəninfo.az


Digər xəbərlər
SON XƏBƏRLƏR