“Məni döyür, saçımdan yolurdu" - Əməkdar artist gəlinini evdən qovdu

img

30-09-2014 [11:53]


Əməkdar artist Vahid Əliyevin oğlu Ramin həyat yoldaşını evindən qovub.


Bu haqda aktyorun gəlini Könül "Öz aramızda” verilişində deyib. 

O, əri tərəfindən döyüldüyünü və əşyalarının küçəyə atıldığını bildirib. Könül keçmiş ailəsi haqda bunları söyləyib: 

"Məni döyür, saçımdan yolurdu. Məcburi aparıb, nikahı da pozdurdu. Buna baxmayaraq, evimə gedib gözlədim. Ayrılmadım ki, bəlkə barışarıq, düzələr. Əşyalarımı küçəyə tökdü. Mənə nə üçün belə etdiyini desin. Məni ona zorla ərə verməyiblər, özü istəyib alıb. Mən qayınatamdan şikayətçi deyiləm. Bunları mənə oğlu edib”. 

Qeyd edək ki, Ramin Əliyev Rus Dram Teatrının aktyorudur.
























PİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA