Ukrayna silah satışını dayandırdı, tanklar Donetskə göndərilir

img

28-09-2014 [11:43]


Ukrayna hökuməti Konqoya satmağı planlaşdırdığı 10 ədəd T-64 B tipli tankı ölkənin şərqində terrorla mübarizə əməliyyatlarını icra edən Milli Müdafiə Birliyinə göndərməyi qərara alıb. 

 

Ukrayna Milli Müdafiə Birliyinin komandiri Stefan Poltarak Xarkov şəhərinə səfəri zamanı verdiyi açıqlamada daha öncə imzalanan müqavilə çərçivəsində Konqoya göndəriləcək tankların ölkənin şərqinə gətiriləcəyini açıqlayıb. Poltarak tankların hərbi hazırlılığının yoxlanıldıqdan sonra Donetskə göndəriləcəyini bildirərək terrorla mübarizənin genişləndiriləcəyini qeyd edib: 

 

"Düzdür, razılaşmaya əsasən bu tanklar Konqoya getməli idi. Amma ölkədə buna ehtiyac olduğu təqdirdə burada istifadə olunmalıdır. Buna görə qərara alındı ki, bu tanklar şərqə göndərilsin”. 


axar.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA