İŞİD-dən daha bir şok hərəkət

img

20-09-2014 [15:03]


Qurban bayramı ərəfəsində Türkiyəni böyük təhlükə gözləyir. 

ANS PRESS-in "samanyolu”na istinadən verdiyi məlumata görə, özünü İraq Şam İslam Dövləti kimi qələmə verən terrorçu təşkilat üzvləri Türkiyədə heyvan qaçaqmalçılığı ilə məşğul olurlar. Təşkilat üzvləri diri heyvanları oğurlayaraq tələf edirlər.

Bundan əlavə, İŞİD üzvləri xəstə və virus daşıyıcısı olan iri və xırda buynuzlu heyvanları Türkiyə ərazisinə keçirirlər. Onlar həmin heyvanları rahatlıqla Türkiyədə heyvan bazarına keçirə bilirlər.

İŞİD üzvləri həmin heyvanları satmaqla insanlar arasında yoluxucu xəstəliyi yaymaq istəyirlər. İddialara görə, İŞİD Türkiyəyə ayda 15 min baş xəstə heyvan keçirir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA