Qlobal Sumud Donanmasının göyərtəsində Qəzzaya yardım aksiyasında könüllü iştirak etdiyi üçün İsrail hərbçiləri tərəfindən oktyabrın 1-də saxlanılan İtaliyalı 4 deputat bu gün sərbəst buraxılıblar.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrail tərəfi onların pasportuna ömürlük İsrailə giriş qadağası olan möhür vurublar.

Məlumata görə, bundan sonra onlar təyyarə ilə ölkələrinə deport olunublar.

İtaliya Xarici İşlər Nazirliyi faktı təsdiqləyib. Bildirilib ki, İsrail İtaliya Demokrat Partiyasından deputat Annalisa Korradonu, Yaşıllar Partiyasından deputat Benedetta Skuderi, 5 Ulduz Hərəkatından deputat Marko Kroatti və PD Palatasından deputatı Arturo Skottonu sərbəst buraxıb: "Parlamentarilər bu gün səhər saatlarında Təl-Əviv Ben Qurion hava limanına aparılıb və Romaya uçan təyyarəyə mindirilərk ölkəmizə yola salınıblar..."

Lamiyə Əhmədli
MİA.AZ