26-09-2014 [12:56]
Amerikalı aktrisa və müğənni Skarlett Yohansson 22 noyabr 1984-cü il Nyu-Yorkda dünyaya gəlib. İyirmi doqquz yaşlı aktrisa seksual aktrisaların siyahsının ilk üçlüyündədir. Amma bəstəboy və təvazökar Skarlett özünü gözəl hesab etmir. Elə "The Sun” qəzeti də Skarletti "Disney cizgi filmlərindəki şən donuz balasına” oxşadıb.
"Bu kino ki var”layihəsində Vudi Allenin sevimlisi Skarlett Yohanssonun ən seksual və ehtiraslı rollarını xatırlayacağıq:
Janr: Komediya
Rejissor: Cozef Qordon-Levitt
"Don Juanın ehtirası” komediya filmində Skarlett Yohansson filmin baş qəhrəmanı olan Conun ( Cozef Qordon-Levitt ) siyahısında ilk onluqda duran seksual gözəlçə rolunu canlandırır. Con bütün günü pornoya baxmaqla vaxt öldürür. Onu hətta qızlarla həqiqi seks də həzz vermir. Lakin günlərin birində Con sarışın Barbara ( Skarlett Yohansson ) ilə tanış olur. Ərköyün sarışın qız müasir dövrün Don Juanı üçün o qədər əlçatmazdır ki, Con ona görə pornoya olan aludəçilik də daxil olmaqla bir çox şeyi qurban verməyə hazırdır. Belə ki, xoş görünüşlü qız nəinki, Con və dostlarını hətta, onun valideynlərini də heyran edir. Lakin sonda məlum olduğu kimi, pornodan imtina çox da uzun sürmür. Beləcə hadisələr gərginləşməyə doğru gedir.
2. "Hiçkok” (2012). ("Hitchcock”)
Janr: Film-bioqrafiya
Rejissor: Saşa Cervasi
Aktrisa Skarlett Yohansson, məşhur rejissor Alfred Hiçkokun "Psixo” trillerində Canet Li rolunu canlandırır. Məlum olduğu kimi, film hamamda Canet Linin qətlə yetirilməsi səhnəsi ilə yaddaşlarda qalıb. Qətl səhnəsində Yohanssonun yarıçılpaq görünməsi aktrisanın seksual imicini daha da möhkəmləndirib.
Janr: Komediya
Rejissor: Vudi Allen
Film iki amerikalı qız – Viki və Kristina haqdadır. Hər iki qız Barselonaya tətilə yollanır. Lakin onlar rəssam Antonio ( Xavier Bardem) ilə qarşılaşdıqdan sonra hadisələrin gedişi tamam dəyişir: məhəbbət üçbucağı yaranır.
Yohanssona seksual, ağlı başdan alan və yaraşıqlı Kristina rolu həvalə olunub. Kristina öz gözəlliyinə və cazibəsinə əmin olaraq rəfiqəsi Viki üzərində qələbə çalıb Antonionu ələ keçirə bilir. Lakin bu, Antonionun keçmiş arvadı Mariya-Yelena ( Penelopa Kruz ) səhnəyə gələnə qədər davam edir. Elə hadisələr də bundan sonra daha maraqlı olmağa başlayır.
Janr: Melodram
Rejissor: Ken Kuopis
Film adi amerikansayağı melodramdır. Ekran əsəri Baltimor şəhərində yaşayan bir neçə gənc insanın həyatından bəhs edir. Bu, sizə maraqlı gəlməyə bilər. Amma filmdə seksual aktrisa Skarlett Yohansson yaraşıqlı Hollivud aktyoru Bredli Kuperin hovuzunda çılpaq şəkildə üzməsi səhnəsi... Bunu sözlə ifadə etmək mümkün deyil. Nə isə... Filmə baxın, məsləhətdir.
Janr: Dram
Rejissor: Castin Çedvik
Film Tüdorlar sülaləsi zamanına aiddir. "Boleyn nəslindən daha bir qız” tarixi filmi iki bacının İngiltərə kralı VIII Henrixin ( Erik Bana ) sevgisi uğurunda apardığı rəqabətindən bəhs edir. Bu filmdə Skarlett Yohansson seksuallığının başqa bir tərəfini tamaşaçılara açır: aktrisa burada incə, iztirablı, itaətli qadın rolunda görünür. Eyni zamanda da o, hökmdar missiyasını yerinə yetirməkdən də qalmır. Filmdəki ehtiras isə Natali Portmanın (Anna Boleyn) çiyinlərinə düşür. Natali hiylə, məkr yolu ilə ingilis taxt-tacına sahib olmağa çalışır. Lakin bu, uzun sürmür. Kralın ehtirası ölkədə narazılığa, Vatikanda isə qaçılmaz mübahisələrə səbəb olur.
Janr: detektiv triller
Rejissor: Brayan De Palma
"Qara orxideya” 1940-cı illərdə yaşamış Hollivud aktrisasının qətlindən bəhs edən real hadisələr üzərində qurulmuş filmdir. Filmdə Skarlett Yohansson polislərdən birinin rəfiqəsi, keçmiş fahişə Key Leykin rolunu canlandırır. Seksual sarışın qızın adı tarixdə baş vermiş ən qanlı qətllə bağlı çəkilməsəydi, kino o qədər də diqqət çəkməyəcəkdi. Əbəs yerə Skarlettin adı filmin çəkilişləri zamanı tanış olduğu aktyor Coş Hartnettlə sevgili qalmaqalına hallanmayıb ki...
Janr: Dramtriller
Rejissor: Vudi Allen
Keçmiş tennisçi Kris Uilton ( Conatan Riz Mayers ) zəngin aristokrat ailə ilə tanış olduqdan sonra Britaniya cəmiyyətində karyerasının zirvəsinə doğru qalxmağa başlayır. Lakin Kris həyatının ən ağır məqamlarının birində Nola ( Skarlett Yohansson ) ilə tanış olur. Onların arasında yaşanan sevgi romanı heç də yaxşı nəticələrə gətirib çıxartmayacaq. Çünki Kris varlı ailənin qızı ilə evlənməklə karyerasını bərpa etmək istəyir. Lakin Nolaya olan ehtiras da səngimək bilmir. Onların münasibətləri Krisin büsbütün həyatını məhv edə bilər. Kris 2 seçim arasında qalır: Nola, yoxsa şan-şöhrət? Nola isə öz növbəsində Krisin dostu Tom ( Metyu Qud ) ilə roman yaşayır. Kris problemləri özünəməxsus şəkildə həll edir.
Janr: fantastik antiutopik döyüş
Rejissor: Maykl Bey
2005-ci ildə çəkilmiş "Ada” fantastik trillerdə Skarlett Yohansson və onun sevgilisi Linkoln ( Yuen Makqreqor ) qorxulu bir sirrinin üstünü açır və ondan qaçmaqla canlarını qurtarmağa çalışırlar. Qaçaq düşən iki sevgili arasında yaşanan sevgi səhnələri bir çoxları üçün maraqlı gələ bilər.
Janr: Melodram, komediya
Rejissor: Mayk Barker
"Yaxşı qadın” filmində Skarlett Yohansson ev qayğıları olmayan təvazökar arvad rolunu oynayır. Gənc, zəngin və xoşbəxt ailə üzvlərinin sakitliyi İtaliyanın Rivere şəhərində rast gəldikləri keçmişi qaranlıq olan gözəl amerikalı qadın tərəfindən pozulur. Film cəmiyyətdə baş verən qısqanclıq, intriqa və söz-söhbətlərdən bəhs edir. Ərinin gənc qadınla görüşməsindən bütün şəhər əhli xəbər tutduğu halda, Meq ( Skarlett Yohansson ) heç nədən şübhələnmir. O, dünyaya, sanki, çəhrayı eynək arxasından baxır. Düzdür, arvad sonda ərinin sədaqətsizliyindən xəbər tutaraq onun metodu ilə gedir: Meq vaxtını ingilis aristokratı ilə keçirməyə başlayır.
Janr: Drama triller
Rejissor: Kristofer Nolan
Kristofer Nolanın ekranlaşdırdığı "Prestij” filmi iki sehrbaz ( Kristian Beyl və Hyu Cekman ) arasında mübarizədən gedir. Onlar arasında rəqabətin qızışdığı məqamda səhnəyə mehriban simalı assistent Oliviya ( Skarlett Yohansson ) gəlir. Sehrbaz Alfred Bordenin ( Kristian Beyl ) gənc və təcrübəsiz assistenti ictimaiyyətin diqqətini cəlb etmək üçün kifayət qədər gözəl və artistikdir. Əslində, Oliviya Alfredin sirrinin nədən ibarət olduğunu aydınlaşdırmaq üçün rəqib sehrbaz Encer (Hyu Cekmen ) tərəfindən göndərilib. Oliviya Alfredə vurulsa da, onun sirrinin qeyd olunduğu gündəliyi əvvəlki sahibi Encerə göndərir.
Tərcümə: Camalə
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)


Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur