Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR

img

07-03-2026 [14:50]


Ölkəmizdə ikinci dəfə həyata keçirilən Qadın Liderləri Zirvəsi bu gün uğurla yekunlaşıb.

Mia.az xəbər verir ki, tədbirdə iştirak edən ictimai fəal qadınlar müxtəlif mövzularda maraqlı müzakirələr açıb.

Tədbir “Facemark” şirkətinin təşkilatçılığı ilə Gülüstan Sarayında və “ABB Bank”, “Başkent”, “Insure.az”, “Markup Agency” və “Moon Group”un dəstəyilə baş tutub.

Tədbirin bədii hissə üzrə tərəfdaşı Azərbaycan Mədəniyyəti Sosial Şəbəkə Platforması, əyləncə hissəsinin tərəfdaşı isə “Bizon” şirkəti idi.

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və ABB-nin baş direktoru Aynur Süleymanlı qonaqları açılış nitqiylə salamlayıb. Qeyd olunub ki, tədbirin ölkəmizdə qadın liderliyinin inkişafı və təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyəti var.

Daha sonra BigChefs brendinin təsisçisi Gamze Cizreli keynote çıxışıyla liderlik, sahibkarlıq və şəxsi inkişaf mövzusunda beynəlxalq təcrübəyə əsaslanan fikirlərini bölüşüb.

Zirvədəki müzakirələrin arasında qadınların liderlik yolculuğunun başlanğıc mərhələsindən zirvədə qalma strategiyalarına dair ən müxtəlif mövzular yer alıb.

“Zirvəyə gedən yol” panelində “Əli və Nino” kitab şəbəkəsinin təsisçisi Nigar Köçərli, aparıcı Leyla Quliyeva, kamandan oxatma üzrə Azərbaycan milli yığmasının üzvü Yaylagül Ramazanova, Pasha Real Estate şirkətinin Qrup Risk və Komplayens direktoru İlahə Qazıyeva və 92.5 Dalğa FM radiosunun direktoru, BDU-nun müəllimi Ayşən Aslan-Məmmədli çıxış edib.

Panelə startap layihələrinin qurucusu Türkan Fərzəliyeva moderatorluq edib. Panel zamanı spikerlər şəxsi və peşəkar inkişaf yolundakı mərhələləri, qarşıya çıxan çətinliklər və onları zirvəyə aparan əsas dönüş nöqtələrini iştirakçılarla bölüşüb.

“Zirvədəki baryerlər və maneələr” panelində həyat kouçu, təlimçi və alpinist Vəfa Musayeva, Azərbaycan Respublikasının əməkdar artisti, teleaparıcı Dilarə Əliyeva, ABB-nin əməliyyat departamentinin direktoru Nərgiz Aslanova, və "Metatesk" şirkətinin təsisçisi Günay İmanzadə çıxış edib.

Panelin moderatoru "Baku TV"-nin şöbə müdiri Sevinc Gülməmmədova olub. Panel çərçivəsində qadınların peşəkar mühitdə şəxsi brend formalaşdırması, düzgün kommunikasiya və görüntü strategiyaları ilə seçilməsi, eləcə də rəqəmsal platformalarda etibarlı imic yaratması mövzuları müzakirə olunub.

“Zirvədə davamlılıq və dayanıqlılıq” panelində isə Moonwake Investment şirkətindən Nazlı Məmmədova, Leya Couture brendinin təsisçisi Leyli Zalova, MarLab şirkətinin marketinq məsləhətçisi və direktor müavini Şəbnəm Hümbətova, BeeWelly şirkətinin təsisçi və baş icraçı direktoru Talifa İsgəndərli və WoWoman platformasından Arzu Ağazamanova çıxış edib.

Panelin moderatoru isə Baku Design Academy-nin təsisçisi Aysel Gülməmmədova olub. Spikerlər emosional zəkanın liderlikdə rolu, çətinliklər qarşısında dayanıqlılıq və qadınların daxili gücünü qoruyaraq uğurlu yol qurması mövzularında təcrübəsini iştirakçılarla bölüşüb.

Tədbirin iştirakçıları kiçik müsabiqələrə qoşularaq hədiyyələr qazanıb.

Qeyd edək ki, mia.az saytı Zirvəyə informasiya dəstəyi göstərib.

Zülfiyyə Mustafayeva

Mia.az saytı

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA