"Palmeyras" Luis Enrike üçün rəsmi təklif verib - "Zenit" bu təklifə "yox" dedi

img

20-02-2026 [09:28]


Braziliyanın "Palmeyras" klubu Luis Enrike ilə maraqlanır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Palmeyras" Luis Enrikenin transferi üçün  "Zenit" klubuna 29 milyon avro təklif edib.

Lakin, "Zenit" təklifi rədd edib və braziliyalı futbolçunun satışı üçün 40 milyon avro tələb edir.

Xatırladaq ki, Luis Enrike bu mövsüm 19 matça çıxıb 2 qol vurub və 3 məhsuldar ötürmə edib.

"Transfermarkt" 25 yaşlı oyunçunun bazar dəyərini 24 milyon avro olaraq qiymətləndirir.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA