Şəmkirdə ev partladı,ana-bala yaralandı

img

22-09-2014 [13:50]


Şəmkirdə yaşayış evində partlayış olub.
Mia.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla verdiyi məlumata görə, hadisə sentyabrın 21-də saat 08 radələrində qeydə alınıb.

Partlayış rayonunun İrmaşlı kəndində Ayşən Həmzəyevanın yaşadığı evdə olub. Hadisəyə səbəb təbii qazın sızması olub. Ani partlayış yanğına keçib.

Dağıntı olmasa da ev sahibi A.Həmzəyeva və azyaşlı oğlu Səfəralı yanıq xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA