Gəncədə dəhşət: hamilə qadını vuran sürücü qaçdı

img

20-09-2014 [08:07]


Gəncədə piyadanın xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə hadisə saat 22 radələrində şəhərin Şah İsmayıl Xətai prospektində baş verib.
 
Həyat yoldaşı ilə yolu keçmək istəyən 1983-cü il təvəllüdlü Yusibova Emilya Səttar qızı "VAZ 2106” markalı avtomobil tərəfindən vurulub. Hadisəni törədən sürücü hadisə yerindən qaçıb. 

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirtdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törədib qaçan 1989-cu il təvəllüdlü Elvin İsmayılov saxlanılıb. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA