“Nar” sığınacaqda yaşayan uşaqların yaradıcılıq təşəbbüsünə dəstək oldu - FOTOLAR
17-02-2026 [17:54]
Sərfəli mobil operator “Nar” “Qaranlıqdan sonra…” adlı sosial təşəbbüsə dəstək göstərib.
Mia.az xəbər verir ki, layihə Azərbaycan Uşaqları İctimai Birliyi tərəfindən sığınacaqda yaşayan uşaqların yaradıcılıq potensialının üzə çıxarılması, özlərinə inamlarının artırılması və cəmiyyətə inteqrasiyasının təşviqi məqsədilə təşkil olunub.
Tədbir çərçivəsində uşaqların istifadə olunmuş materiallardan hazırladıqları əl işlərindən ibarət sərgi təqdim edilib. Yararsız hesab edilən sap və digər materiallara ikinci həyat verilməsi həm ekoloji yanaşmanı, həm də uşaqların yaradıcı baxışını əks etdirib.
Proqramın davamında Azərbaycan filmlərindən seçilmiş səhnələr musiqi və rəqs elementləri ilə səhnələşdirilərək təqdim olunub. Bu format iştirakçıların səhnə mədəniyyətinin, komanda işi və özünüifadə bacarıqlarının inkişafına şərait yaradıb. Tədbirin sonunda Arzu Əliyevanın iştirakı ilə Birliyin “Özgə uşağı olmur” himni səsləndirilib. Tədbirdən əldə olunan vəsait sığınacaqda yaşayan qızların təhsil ehtiyaclarına yönəldiləcək.
“Nar” korporativ sosial məsuliyyət strategiyası çərçivəsində uşaqların təhlükəsiz mühitdə inkişafını, təhsilə çıxış imkanlarının genişləndirilməsini və həssas sosial qrupların cəmiyyətə inteqrasiyasını prioritet istiqamətlərdən biri hesab edir. Şirkət bu kimi təşəbbüslərlə inklüziv və dayanıqlı inkişafı təşviq etməklə yanaşı, gələcəyin sağlam və özünəinamlı nəslinin formalaşmasına töhfə verməyi hədəfləyir.
Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.





Əhməd Məmmədli 6 il müddətinə azadlıqdan məhrum edilib
Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb
Bakıda keçmiş SSRİ bayraqları ilə yürüşə cəhd edənlər... - Hakim qarşısına çıxarıldı
İspaniya İsrailə bağlı BMT-yə müraciət etdi
NATO-dan Hörmüz boğazı ilə bağlı Trampın təhdidinə cavab verildi
Ramazan bayramının namazı nə vaxt qılınacaq? - Açıqlama
Samir Nuriyev Əlaqələndirmə Qərargahının üzvlərini topladı - Nələr müzakirə olunub? (FOTO)
MART AYINDA BU TARİXLƏRDƏ RƏSMİ İŞ OLMAYACAQ
Xəzər dənizində yenə zəlzələ olub
Gəncə Şəhər MKTİB-nin işçilərinin maaşından tutulma var?
SOCAR-la "PALMALİ" ARASINDA QALMAQAL: "Mübariz Mənsimov və şirkət işçiləri ifadə veriblər" - MƏHKƏMƏ PROSESİ
Vəzifədən azad edilən aparat rəhbərinə bu nazirlikdə vəzifə verildi
Misli Premyer Liqası: XXVI turun oyun proqramı açıqlanıb
MİDA-da aparat rəhbəri dəyişdi - Fərman Qurbanlı getdi, MMC işçisi yüksək vəzifəyə gətirildi
Sabah yağış yağacaq
İran İsrailə yeni nəsil raketləri fırladıb - Açıqlama
Neftçala sakini dəm qazından zəhərlənib
İran BƏƏ-ni ittiham etdi, ardınca hava limanına sərt zərbə endirdi
Xüsusi karantin rejiminin müddəti uzadıldı: quru sərhədləri bu tarixədək açılmayacaq - Əli Əsədov qərar verdi
Yaponiya ehtiyat neftini bazara çıxarmağa başlayır - Açıqlama
Səudiyyə Ərəbistanı: "İranın daha 64 dronu vurulub"
Nazir müavini: "Bu da "yaşıl elektrik enerjisi"ni Qazaxıstan və Özbəkistandan Azərbaycana, oradan isə..."
Xəzər dənizində zəlzələ olub
Dövlət Xidmətindən çağırışçılara xəbərdarlıq: "Hərbi xidmətdən boyun qaçıranlar..."
"Rasim Balayevin müalicəsi yekunlaşır" - Baba Vəziroğlu “Övladları ilə əlaqə saxlayıram deyir
İran XİN başçısı: "İnsanlar sadəcə Tramp əylənmək istədiyi üçün öldürülür" - "440 kiloqram nüvə materialı dağıntılar altında qalıb"
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Siyahı
QƏBUL İMTAHANLARININ TARİXLƏRİ AÇIQLANDI
"Abşeron" yatağında təbii qazın hasilatına başlanır
İran rejimi indi də jurnalistlərə həbs etməyə başlayıb - 18 media mənsubu saxlanılıb
İRAN TRAMPA MEYDAN OXUDU: "Demirsən ki, donanmanı yox etdik, o zaman cəsarətin varsa..."
MN: "Yararsız döyüş sursatları məhv ediləcək"
İrandan Körfəz ölkələrinə xəbərdarlıq: "ABŞ sizi qurban verəcək"
AzTV-nin əməkdaşı vəfat edib
“eManat”dan karta pul yüklənməsi: faiz tutulacaq
Qılıncdan raketlərə: texnologiyanın dəyişdirdiyi dünya - TƏHLİL
Tramp Çin lideri ilə görüşü təxirə salır, İranla isə... - "Tehran rejimi danışıqlar istəyir, amma..."
İraqda neft və qaz istehsalı tamam dayandı - "Kəmərlərə vurulacaq ehtiyat qalmayıb"
İsrailin F-35I təyyarələri İrana zərbələr endirib
Müğənni Pünhan maraqlı müraciət yaydı: "Həddim deyil!" - VİDEO
ABŞ İRANA HÜCUMUN NƏ VAXT DAYANACAĞINI AÇIQLADI - Neftin qiyməti 200 dollara qalxacaq?
ABŞ və İsrail SEPAH-ın "qəlb"indən yenə vurdu - FOTOLAR
May melodiyası - Kəbutər Hakverdinin hekayəsi