Keçmiş icra başçısı yeni vəzifəyə təyin edilib

img

17-02-2026 [14:17]


Naxçıvan Muxtar Respublikasının Babək Rayon İcra Hakimiyyətinə əvvəllər rəhbərlik etmiş şəxs yeni vəzifəyə gətirilib.

Mia.az xəbər verir ki, "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsinin (PHŞ) nəzdində "Naxçıvan Avtomobil Yollarının Yaşıllaşdırılması" Məhdud Məsuliyyətli Cəmiyyəti təsis olunub.

Yeni yaradılan MMC-nin rəisi vəzifəsini müvəqqəti icra etmək Elçin Məmməd oğlu Hüseynəliyevə həvalə olunub.

Sözügedən təyinatla bağlı "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" PHŞ-nin İdarə Heyəti sədrinin səlahiyyətlərini müvəqqəti yerinə yetirən Nihad Qurbanov tərəfindən müvafiq əmr imzalanıb.

Xatırladaq ki, E.Hüseynəliyev 2005-ci ildən 2016-cı ilə qədər Babək Rayon İcra Hakimiyyətinin başçısı kimi fəaliyyət göstərib. Bundan əlavə, o, uzun müddət Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyində İdarə Heyəti sədrinin köməkçisi qismində çalışıb. (Qaynarinfo.az)


Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA