Aqrar Sığorta Fondu satınalma haqqında qanunu pozub?

img

10-02-2026 [17:12]


Aqrar Sığorta Fondu bir mənbədən satınalma metodu tətbiq etməklə, yəni dövlət satınalmalarının vahid internet portalında keçirilmədən icarə xidmətlərinin satınalınması üzrə fiziki şəxs Əliyeva Mətanət Camal qızı ilə 117.600 manat məbləğində müqavilə bağlayıb. Məlumat satınalmaların portalında 09.02.2026-cı ildə dərc edilib.

Qeyd edək ki, Aqrar Sığorta Fondu fiziki şəxs Əliyeva Mətanət Camal qızı ilə icarə xidmətlərinin satınalınması üzrə bir müqavilə də 14.08.2025-ci ildə bağlayıb. Bu müqavilə də bir mənbədən satınalma metodu ilə bağlanılıb və dəyəri 117.600 manat təşkil edib.

Göründüyü kimi Aqrar Sığorta Fondu son 7 ay ərzində icarə xidmətlərinin satınalınması üzrə fiziki şəxs Əliyeva Mətanət Camal qızı ilə ümumi dəyəri 235 200 manat dəyərində iki müqavilə bağlayıb. Bu vəsaitlərin neçə ay icarə xidmətinə ödənildiyin i müəyyən etmək mümkün olmadı.

Qeyd edək ki, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununa görə (Maddə 15) Qanunun 15.3-cü maddəsinin tələbləri (məxfi məlumatlarla əlaqəli satınalmalar) nəzərə alınmaqla, satınalma yalnız portal vasitəsilə həyata keçirilir.

Göründüyü kimi Aqrar Sığorta Fondu bir mənbədən satınalma metodu tətbiq etməklə “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini açıq-aşkar pozub.

“Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununa görə bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq edilə bilər. (Maddə 49)

Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda: təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;

Göründüyü kimi Qanun da göstərilən halların heç biri Aqrar Sığorta Fondunun icarə xidmətlərinin satınalınması üzrə bir mənbədən satınalma metodu bağlamaöa əsas vermir.

Aqrar Sığorta Fondu yalnız nəzarət orqanı olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin razılığı əsasında bir mənbədən satınalma metodu ilə müqavilə bağlaya bağlaya bağlaya bilər.

Sual yaranır. Fiziki şəxs Əliyeva Mətanət Camal qızı kimdir və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Aqrar Sığorta Fonduna bi şəxslə müqavilə bağlamağa icazə verib.

Qeyd edək ki, Aqrar Sığorta Fondu satınalmaların portalında dərc etdiyi məlumatda fiziki şəxs Əliyeva Mətanət Camal qızının VÖEN-i kimi səkkiz rəqəmli ( 14529551) bir VÖEN göstərib. Azərbaycan Respublikasında vergi ödəyicilərinin eyniləşdirmə nömrəsi isə 10 rəqəmdən ibarətdir. Aqrar Sığorta Fondunun satınalmaların portalında dərc etdiyi bu rəqəmləri nəzarət orqanı olaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi görmürmü?

Dövlət Vergi Xidmətinin reyestr məlumatları üzərindən apardığımız daha ətraflı araşdırmada məlum oldu ki, fiziki şəxs Əliyeva Mətanət Camal qızı fiziki şəxs kimi 13.08.2022-ci ildə vergi uçotuna alınıb. Əliyeva Mətanət Camal qızı (VÖEN: 2007543862) Bakı şəhəri, Xətai rayonu ev 20, 6-cı dairəvi ünvanında daimi qeydiyyatdadır. Vergi Xidmətinin məlumatlarında fiziki şəxs Əliyeva Mətanət Camal qızının VÖEN-i passiv olduğu göstərilir.

Aqrar Sığorta Fondu isə satınalmaların portalında fiziki şəxs Əliyeva Mətanət Camal qızının VÖEN-ini səkkiz rəqəmli ( 14529551) bir VÖEN kimi göstərib. Bu isə tərəflər arasında müqavilənin şübhəli yollarla bağlandığnı deməyə əsas verir.

Göründüyü kimi Aqrar Sığorta Fondunun fiziki şəxs Əliyeva Mətanət Camal qızının VÖEN-i kimi təqdim etdiyi səkkiz rəqəmli ( 14529551) şübhələri artırır. Fiziki şəxs Əliyeva Mətanət Camal qızına məxsus VÖEN-i isə passiv haldadır.

Qeyd edək ki, mətbuata açıqlamalarında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin rəis müavini Namiq Dərgahov bildirmişdir ki, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) hüquqi və ya fiziki şəxsin vergi ödəyicisi olduğunu təsdiq edən sənəddir. Vergi ödəyicilərinin uçotu onlara dövlət vergi orqanları tərəfindən verilmiş VÖEN əsasında aparılır. VÖEN aktiv və ya passiv ola bilər. Vergi ödəyicisi fəaliyyətini dayandırırsa, onun VÖEN-i passivləşdirilir. Aktiv VÖEN şəxsin vergi ödəyicisi kimi fəaliyyət göstərdiyinin və gəlir əldə etmək imkanının olduğunu, passiv VÖEN isə fəaliyyətini dayandırdığının və sahibkar kimi gəlir əldə etmədiyinin göstəricisidir.

Belə olan halda Aqrar Sığorta Fondu son 7 ay ərzində sahibkar kimi fəaliyyəti dayandırılmış Əliyeva Mətanət Camal qızı ilə ümumi dəyəri yüz minlərlə manat olan satınalma müqavilələrini hansı əsaslarla bağlayıb?

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Həşim oğlu Sadıqovdur. O bu vəzifəyə 2020-ci ilin oktyabrında təyin edilib. Buna qədər “Günay Sığorta” şirkətinin Direktorlar Şurasının sədrinin müşaviri vəzifəsini daşıyıb. 2019-2020-ci illərdə Aqrolizinq ASC-də İdarə Heyəti sədrinin müavini, Aqrar Sığorta Sisteminin formalaşdırılması üzrə işçi qrupun üzvü olub

Aktualinfo.net


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA