Avropa ölkəsini sarsıdan qalmaqal - Prezidentin müşaviri ilə ombudsmanın intim videosu yayıldı (FOTO)

img

30-01-2026 [11:42]


Balkan ölkəsi olan Monteneqro ölkə başçısının müaşviri ilə ombudsmanın intim əlaqələrinin yayılması ilə çalxalanır.

Mia.az xarici mətbuata istinadla bildirir ki, Prezident müşaviri Dejan Vukşiç və İnsan Hüquqları üzrə (Ombudsman) baş direktor Miryana Pajkoviçin videolarının yayılmasından sonra istefa veriblər.

Məlumata görə, daha sonra tərəflər bir-birlərini görüntüləri sızdırmaqda ittiham ediblər.

Ombudsman Miryana Pajkoviç ailəli olan Dejan Vukşiçi sonradan onu intim görüntüləriylə şantajda günahlandırıb. O, hətta prezident Cakov Milatoviçin məsələdən xəbərdar olduğunu, lakin müşavirini "yerində oturmadığı"nı iddia edib.

Görüntülərin necə sızdırıldığı barədə rəsmi qurumlar heç bir açıqlama verməyib.

Artıq istefa verən ombudsman isə deyib ki, müşavir Vuksiç bu intim görüntülərdən onu insan haqları ilə bağlı bəzi məsələlərdə susdurmaq üçün təzyiq vasitsəi kimi yararlanıb.

Monteneqroda nəşr olunan "Pobjeda" qəzetinə danışan Pajkoviç görüntülərin mövcudluğundan və necə yayılmasından xəbərsiz olduğunu bildirib: "Bilirdim və qorxurdum ki, bu, mənə zərər verə bilər. O vaxt müşavirin mənə qarşı davranışı barədə prezidenti məlumatlandırdım, lakin  Prezident Jakov Milatoviç vəziyyətdən xəbərdar olsa da, tədbir görmədi..."

Artıq sabiq ombudsman olan Pajkoviç vəzifələrindən sui-istifadə edərək, qadınları zorla əldə etmək istəyənləri lənətləyib. O, daha sonra qadınlara müraciət edib: "Belə hallarda əsla susmayın. Bu cür məmurların qadınlara təhdid və təzyiqlə sahib olmasına qarşı sakit qalmayın, susmayın səsinizi dərhal və ucadan çıxarın! Bu, çox vacibdir yyoxsa qurbanlar həmişə olacaq. Mən artıq videoları şantaj məqsədiylə yayan Dejan Vuksiçə qarşı cinayət işi qaldırılmasına çalışıram. Buna da nai olacağam. O, cəzasız qala bilməz"

Prezidenti müşaviri isə  iddiaları rədd edərək, Ombudsmanı onu şantaj etdiyini iddia edib: "O videonui mən çəkməmiəm, mən yaymamışam. Mən videoları ilk dəfə sosial mediada yayılanda gördüm. Mənə qarşı irəli sürülən ittihamlar həqiqəti əks etdirmir".

Samir MUSAYEV

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA