18-09-2014 [15:14]
Vaşinqtondakı aparıcı
analitik mərkəzlərdən biri olan Beynəlxalq və Strateji Tədqiqatlar Mərkəzində
17 sentyabr tarixində "ABŞ-Avropa Transatlantik İttifaqı: Ukrayna böhranı
kontekstində NATO zirvə toplantısı və enerji təhlükəsizliyinin dəyərləndirilməsi”
adlı tədbir təşkil edilib.
Səfirlikdən Mia.az-a verilən məlumata görə, tədbirdə ABŞ Konqresinin üzvləri Maykl Törner və Uilyam Kitinq, Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfiri Elin Süleymanov, Litva Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfiri Ziqimantas Pavilionis və Avropa İttifaqının Amerika Birləşmiş Ştatlarındakı Nümayəndəliyinin rəhbər müavini Fransua Rivasso çıxış ediblər.
Akademik və rəsmi dairələrdən çoxsaylı nümayəndələr, ictimaiyyət və media mənsublarının iştirak etdiyi tədbirdə 4-5 sentyabr tarixlərində Uelsdə baş tutmuş NATO zirvə toplantısının nəticələri və Ukrayna hadisələri zəminində Avropa enerji təhlükəsizliyinin gücləndirilməsi imkanları ətrafında müzakirələr aparılmışdır.
Tədbirdə çıxış edən səfir E.Süleymanov Azərbaycanın müstəqillik dövrünün ilk günlərindən başlayaraq bütün dövlətlərin ərazi bütövlüyü, suverenlik və müstəqilliyinə hörmət üzərində qurulmuş prinsipial xarici siyasət yürütdüyünü və digər dövlətlərdən də ölkəmizə qarşı eyni yanaşmanın nümayiş etdirilməsinin zəruriliyini vurğulamışdır.
Uels sammitinin nəticələrindən
söhbət açan azərbaycanlı diplomat Azərbaycan tərəfinin NATO-nun yekun bəyanatında
bir daha ölkəmizin ərazi bütövlüyünə dəstək ifadə etməsindən məmnun olduğunu və
bu kontekstdə Alyansa üzv dövlətlərin öz siyasətlərində davamlı və birmənalı
yanaşma nümayiş etdirməsinin vacibliyini ifadə etmişdir.
Daha sonra E.Süleymanov tədbir iştirakçılarına Azərbaycanın uğurlu enerji siyasəti barədə məlumat vermişdir.
Bu xüsusda, ölkə rəhbərliyinin uzaqgörən siyasətinin həlledici faktor olduğunu söyləyən Azərbaycan nümayəndəsi Xəzərin zəngin karbohidrogen ehtiyatlarını Qərb bazarlarına açmış "Əsrin müqaviləsi”nin tarixi önəmindən bəhs etmiş və qeyd olunan razılaşma çərçivəsində istifadəyə verilmiş Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərlərinin regional enerji təhlükəsizliyinin gücləndirilməsi ilə yanaşı, regionun ümumi siyasi transformasiyasına və Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə töhfə verdiyini qeyd etmişdir. Azərbaycanlı diplomat 16 sentyabr tarixində "Əsrin müqaviləsi”nin 20 illiyi ilə əlaqədar Vaşinqtonda keçirilmiş təntənəli mərasimdə ABŞ federal strukturlarından çoxsaylı yüksək vəzifəli dövlət rəsmiləri, ABŞ Konqresinin üzvləri və akademik dairələrdən olan şəxslərin təmsil olunmasını "Əsrin müqaviləsi”nin reallaşdırılması ilə bağlı əldə edilmiş uğurların ABŞ rəsmi dairələri və ictimaiyyət nümayəndələri tərəfindən yüksək dəyərləndirilməsinin göstəricisi olduğunu bildirmişdir.
E.Süleymanov ölkəmizin neft ixracatçısı olmaqla yanaşı, son illər ərzində etibarlı qaz təminatçısına da çevrildiyini vurğulamışdır. Bununla əlaqədar, Cənub Qaz Dəhlizinin reallaşdırılması və "Şahdəniz" qazının gələcəkdə Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri vasitəsi ilə nəqlinin Avropanın enerji təhlükəsizliyinə mümkün müsbət təsirlərindən söz açılmışdır. Qeyd olunan layihənin hər hansı bir dövlətin maraqlarına qarşı yönəlmədiyi və digər boru kəmərləri ilə rəqabət aparmadığını xüsusilə vurğulayan azərbaycanlı diplomat bu layihənin reallaşdırılmasının həm təminatçı, həm də istehlakçı dövlətlərin maraqlarına cavab verdiyini bildirmişdir.
Daha sonra Azərbaycan
nümayəndəsi bu yaxınlarda İtaliya hökuməti tərəfindən Trans-Adriatik Boru Kəmərinin ətraf mühitə təsiri ilə bağlı qiymətləndirmənin
müvəffəqiyyətlə başa çatdırıldığını, eyni zamanda Türkiyə, Yunanıstan və digər
tərəfdaş dövlətlərdə də layihə üzrə işlərin uğurla davam etdirildiyini
bildirmişdir. E.Süleymanov "Əsrin müqaviləsi”nin 20 illiyi qeyd olunan ərəfədə gələn
həftə Bakı şəhərində Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimi kimi tarixi bir hadisəsinin
baş verəcəyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Keçmişdə bəzi Avropa dövlətlərinin Trans-Anadolu
Boru Kəməri ilə bağlı skeptik fikirlərə sahib olduğunu qeyd edən diplomat bu
layihənin məhz Azərbaycan və Türkiyənin birgə səyləri nəticəsində gələcəkdə
reallığa çevrilmək imkanı əldə etdiyini və bu məqamın bir daha Azərbaycan rəhbərliyinin
enerji siyasətinin prinsipiallığı və uzaqgörənliyinə dəlalət etdiyini qeyd
etmişdir.
Digər natiqlər də öz çıxışlarında Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində və enerji təminatının diversifikasiyasında Azərbaycanın müsbət rolunu vurğulamışdır. ABŞ qanunverici orqan mənsubları - Maykl Törner və Uilyam Kitinq Avropanın enerji təminatının diversifikasiyasında ən əsas təşəbbüs qismində Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasını nəzərdə tutan Cənub Qaz Dəhlizinin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd etmişdir. Mərkəzin Enerji və Milli təhlükəsizlik Proqramının direktoru və enerji məsələləri üzrə tanınmış mütəxəssis Sara Ladislav Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarına malik olduğunu və ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində müsbət rol oynaya biləcəyini bildirmişdir.
Eyni zamanda, tədbir çərçivəsində regionda cərəyan edən digər proseslər və mövcud təhlükəsizlik çağırışları müzakirə edilmiş, habelə baş verən hadisələr kontekstində Uels zirvə toplantısında NATO tərəfdaş dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə birmənalı dəstək ifadə olunmasının olduqca vacib olduğuna xüsusi vurğu edilmişdir.
Tədbirin videoyazısı müvafiq internet ünvanından əldə oluna bilər :
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib - FOTO
Rəsmi Moskva: "Makronun açıqlamaları təhlükəlidir" - "Rusiya əsgərləri ABŞ bazasına yerləşdirilir"
COP29.az vebsaytı istifadəyə verilib
İcra başçısını güllələyənlə bağlı daha bir qərar verildi
Türkiyə klubu zəlzələdə ölən futbolçunun pulunu ailəsinə ödəməyib
Gömrük Komitəsində əməliyyat: rəis istintaqa cəlb olunub (Yenilənib)
General Kərəm Mustafayev İranda - Hərbi əməkdaşlıq və...
Ceyhun Bayramov Qambiyaya gedib
Erməni mediası niyə qorxuya düşüb? - TƏHLİL
GÜRCÜSTANDAKI GƏRGİNLİYİN GÖRÜNMƏYƏN TƏRƏFLƏRİ: "Əliyev hər kəsə göstərdi ki, Putinlə anlaşmaq mümkündür"
ABŞ müdafiə naziri: "Qəzzada bizim əsgərlərimizə hücum gözləmirəm"
Sabah hava necə olacaq? - Proqnoz
XİDMƏT RƏİSİ HƏBS OLUNUB - 2.2 milyonluq mənimsəmə ittihamı ilə
İlham Əliyev Polşa prezidentinə məktub göndərib - MƏTN
Növbədənkənar parlament seçkisi: nə vaxt olacaq? - Açıqlamalar
"GƏNCƏDƏ SAQQALLILAR və ÇAYQIRIQLILAR DEYİLƏN DƏSTƏLƏR VAR" - "...tüfəngi götürüb özünü güllələyəndən sonra qaçıb gediblər” (VİDEO)
Keniyada daşqın: 188 nəfər ölüb, 90 nəfər yoxa çıxıb
İçərişəhərə giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib - Müzakirə + FOTO
Sertifikasiya imtahanları haqda - Açıqlama
Vəzifəli şəxslərə cinayət işi açıldı - Rəsmi məlumat (TƏFƏRRÜAT)
Sabiq nazir xaricdəki bahalı mənzillərindən və YAP-a üzv olmamasından danışdı: "Mənə qarşı kampaniyanın arxasında kimin durduğunu bilirəm..."
"Rabitəbank”ın sabiq sədr müavini 735 min dollara mənzil alıb - Evin daxilindən FOTOLAR
Braziliyada güclü sel: ölənlərin sayı 29-a yüksəlib, 60-dan çox insan isə itkin düşüb
"Bu evlər heç bir təbii fəlakətə dözümlü deyil” - Ekspert (VİDEO)
Türkiyədə daha bir FETÖ əməliyyatı: 30 nəfər saxlanılıb
İsrail 500 fələstinlinin cəsədini təhvil verməkdən imtina edib - Onlar niyə "Rəqəmlər məzarlığı"nda saxlanılır?
Avroliqa: "Bayer" məğlubedilməzdir!
Azərbaycan nefti ucuzlaşır
Konfrans Liqası: "Olimpiakos" səfərdə ingilis komandasına dərs verdi
Fatih Ərbakan Baxçalıya belə cavab verdi: "Dədəmiz yaşındadır..."
Türkiyədən sensasiyalı qərar: İsraillə ticarət tamamilə dayandırılıb
Toy karvanında avtoxuliqanlıq edənlər saxlanılıb - FOTO
BDU: "Hazırda geomaqnit qasırğanın səviyyəsi yüksəkdir"
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR