"Liverpula böyük inamla yollanacağıq" - Qurban Qurbanov

img

22-01-2026 [08:37]


"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Ayntraxt"a 3-2 hesablı tarixi qələbədən sonra açıqlam averib.

Mia.az xəbər veirr ki, o, qələbə münasibəti ilə azarkeşləri təbrik edib: "Bu qalibiyyət onların haqqı idi. Belə soyuq havada komandaya dəstək oldular. Bəlkə də azarkeşlər bu qələbəni bizdən çox istəyirdilər. Təbii ki, futbolçularımı da təbrik edirəm. Meydanda intizamlı oyun var idi. Hətta, deyərdim ki, bəzi matçlarda görmədiyimiz intizamı gördük. Azərbaycan futbolu adına çox sevinirəm".

Baş məşqçi "Liverpul"la qarşıdakı oyundan da söz açıb: "Liverpula böyük inamla yollanacağıq. Orada oynamaq bütün komandalar üçün çətindir. İngiltərənin ən köklü klublarından birinə qarşı çıxış edəcəyik. Futbolçularımdan çəkinmədən mübarizə aparmalarını istəyəcəm. Onların azarkeşləri çox aqressiv və davakardırlar. İnanıram ki, futbolçularım İngiltərədə ən azı bugünkü oyunun davamını gətirəcəklər".

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA