Danimarka və Qrenlandiya XİN başçıları ABŞ dövlət katibi ilə danışıqlar aparacaq

img

12-01-2026 [15:25]


Danimarka və Qrenlandiya xarici işlər nazirləri (XİN) Lars Lekke Rasmussen və Vivian Motsfeldt ABŞ dövlət katibi Marko Rubio ilə Vaşinqtonda danışıqlar aparacaqlar.

Bu barədə Danimarka KİV-lərinə istinadən xəbər verir.

Görüşün yanvarın 14-nə ABŞ Dövlət Departamentinin binasında keçirilməsi planlaşdırılır.

Danimarka və Qrenlandiya hökumətləri ötən həftə Dövlət Departamentinə "ABŞ-nin Qrenlandiya ilə bağlı mühüm bəyanatlarını" müzakirə etmək üçün dövlət katibi Marko Rubio ilə "yaxın gələcəkdə" görüş təşkil etmək xahişi ilə müraciət ediblər.

ABŞ Prezidenti Donald Tramp daha əvvəl bildirib ki, Birləşmiş Ştatlar müdafiə məqsədləri üçün Qrenlandiya üzərində nəzarətə ehtiyac duyur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA