"Si Cinpin xahişimə müsbət cavab verməyib" - ABŞ lideri "Kuba ipdən aslı vəziyyətdədir" deyir

img

09-01-2026 [00:21]


""Apple Daily" qəzetinin təsisçisi və Honkonqda bağlanmış tanınmış müxalifət media maqnatının sahibi Cimmi Lainin azadlığa buraxılmasını Prezident Si Cinpinlə müzakirə etmişəm. Lakin hələ xahişimə müsbət cavab almamışam".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp "The Hugh Hewitt Show" verilişində deyib.

O, bununla belə Çin lideri ilə dost olduğunu, apreldə görüşəcəklərini qeyd edib.

Venesueladan sonra Kubadakı vəziyyətə də toxunan Tramp deyib: "Onların bütün həyatları Venesueladan asılı idi. Onlar nefti və pulu Venesueladan alırdılar. İndi bu, yoxdur. Orada nəisə vurmağa, partlatmağa məncə, gərək yoxdur.  Havana hökuməti hazırda ipdən asılı vəziyyətdədir. Kuba çox ciddi bir böhran içində çabalayır. Düzdür, onlar hələ tam çökməyiblər, amma düşünürəm ki, daxili dinamikaları ilə buna olduqca yaxınlaşırlar...".

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:03 09.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA