"Azərişıq" ASC-nin rəhbəri növbəti təyinatlara imza atıb - Vüqar Əhmədov kimlrə vəzifə verdi? (Yenilənib) 

img

08-01-2026 [17:13]


"Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin (RETSİ) yeni rəisi Nəriman Mahmudov təyin edilib.

Mia.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, bu vəzifəyə təyin olunanadək N.Mahmudov qurumun Şimal-Qərb RETSİ-nin rəisi olub.

***

"Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsində (RETSİ) kadr dəyişiklikləri aparılıb.

Mia.az xəbər verir ki, "Azərişığ"ın sədri Vüqar Əhmədov bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Naxçıvan RETSİ-nin rəisi Nemət Qasımov və idarənin Satış şöbəsinin rəisi Emil Əkbərli tutduqları vəzifələrdən azad ediliblər.

Hazırda sözügedən vəzifələrə yeni təyinatlarla bağlı rəsmi məlumat verilməyib/Report.

Qeyd edək ki, "Azərişıq" ASC-nin Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Həbib Əzizov da vəzifəsindən azad edilib.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA