TİKİNTİ İLƏ BAĞLI YENİ QƏRAR VERİLDİ - İcazələr dərhal...

img

08-01-2026 [16:47]


Nazirlər Kabineti 12 yanvar 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları"nda dəyişiklik edib.

Mia.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb.

Qərara əsasən, tikinti obyektlərinin istismarına icazə verildiyi andan, habelə məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektlərinin tikintisinin başa çatması barədə sifarişçi məlumat verdikdən sonra, dərhal bu məlumatlar Tikintilərin Dövlət Reyestrinə ötürüləcək və 3 iş günü müddətində bu məlumatlar Komitənin internet səhifəsində yerləşdiriləcək. İndiyə qədər məlumatlar 5 iş günü müddətində Reyestrə təqdim edilirdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA