Bərdədə silah satmaq istəyən iki nəfər tutulub

img

08-01-2026 [14:41]


Bərdədə silah satmaq istəyən iki nəfər tutulub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Mia.az-a bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinin əməkaşları əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silahların əldə edilməsi və satışı ilə məşğul olan iki nəfəri saxlayıb.

Müəyyən edilib ki, Ağcabədi rayon sakini 25 yaşlı Sahil Kərimzadə və onunla qabaqcadan əlbir olan həmyerlisi 27 yaşlı İntiqam Rüstəmov qanunsuz odlu silahların satışını təşkil ediblər.

Qrup üzvlərindən biri S.Kərimzadə Bərdə rayonu ərazisində idarə etdiyi avtomobillə hərəkətdə olarkən saxlanılıb. Avtomobilə baxış zamanı yük yerindən pul müqabilində satmaq üçün gətirdiyi 2 ədəd "Kalaşnikov" markalı avtomat, həmin silahlara aid 2 ədəd patron darağı və 60 ədəd patron aşkar olunaraq götürülüb.

Tədbirin davamı olaraq odlu silah-sursatı qanunsuz şəkildə əldə edərək saxlayan İ.Hüseynov da Xocavənd rayonu ərazisində saxlanılıb. Onlardan ümumilikdə 4 ədəd "Kalaşnikov" avtomatı, 4 patron darağı və 60 ədəd patron götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:03 09.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA