Paulista "Beşiktaş"dan ayrıldı: "Bu qərar asan olmadı"

img

08-01-2026 [00:05]


Ailəvi səbəbə görə "Beşiktaş"dan ayrılan braziliyalı futbolçu Qabriel Paulista vida mesajı yayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, vida mesajında İstanbul klubunun rəhbərliyinə, azarkeşlərinə təşəkkr üdib.

35 yaşlı mərkəz müdafiəçisi ayrılmağının asan olmadığını bildirib: "Bu gün "Beşiktaş"la minnətdar bir ürəklə vidalaşdım. Bu qərar asan olmadı. Futbol hər gün ehtiras, öhdəlik və sədaqətdir, amma ailə həmişə mənim prioritetim olacaq. Sevdiklərimə qayğı göstərmək üçün Braziliyaya qayıdıram. Burada yaşadığım hər şeyə görə "Beşiktaş", rəhbərlik və azareşlərə sonsuz minnətdaram. "Beşiktaş"ı hər gün möhtəşəm edən sizsiniz. Komanda yoldaşlarım, sizinlə meydanı bölüşmək mənim üçün şərəf idi. Hörmət, sədaqət və birlik həmişə var idi. Hər an dəstəklərinə, sevgilərinə və gücünə görə azarkeşlərimizə səmimi qəlbdən təşəkkür edirəm. Bu formanı geyinmək hissi əbədi olaraq mənimlə yaşayacaq. İnanıram ki, "Beşiktaş"ın uğurları davam edəcək. Bu, böyük klub tarix yazmağa davam edəcək".

Xatırladaq ki, 2024-2025 mövsümünün əvvəlində "Beşiktaş"a transfer edilən Paulista  45 matçda bir qol vurub.

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA