25 min qızıl gül, 25 min Xrizantema, 40 min Primula... - Bakı Yaşıllaşdırma İdarəsi gül alır

img

08-01-2026 [12:58]


Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olan Yaşıllaşdırma İdarəsi son 4 ayda ikinci tenderinə yekun vurub. Tribuna.az xəbər verir ki, yaşıllıqların salınması üçün ağac, bitki kollarının və əlaqəli malların satınalınmasını əhatə edən tenderin qalibi “SAFFİRA PLUS” MMC olub.

Açıq mənbələrdə qeyd edilir ki, tərəflər arasında 654 min 115 manat dəyərində satınalma müqaviləsi bağlanılıb.

Müqaviləyə əsasən “SAFFİRA PLUS” MMC Yaşıllaşdırma İdarəsinə 25 min ədəd qızıl gül, 25 min ədəd Xrizantema, 40 min ədəd Primula, 17 min ədəd Kalendula, 15 min ədəd Brassica, 700 ədəd Leylandr, 1800 ədəd Alyandr, 3500 ədəd Sərv ağacı, 4000 ədəd Eldar şamı, 2500 ədəd Tuya, 800 ədəd Tuya limonlu, 25 min ədəd Geran, 1200 ədəd zeytun və 7000 ədəd Şəmşad bitkisi alacaq.

Qeyd edək ki, BŞİH-in Yaşıllaşdırma İdarəsi son bir ildə yaşıllıqların salınması üçün ağac, bitki kollarının və əlaqəli malların satınalınması prosesini ikinci dəfə həyata keçirir. Sonuncu belə bir satınalma prosesi ötən ilin oktyabrında reallaşdırılıb. Həmin vaxt tenderin qalibi “EKO FERMA AZƏRBAYCAN” MMC olub. Tərəflər 222 min 20 manata anlaşıblar.

Qısa araşdırma zamanı məlum olub ki, “SAFFİRA PLUS” MMC (VÖEN: 6701559471) 26.01.2023-cü ildə dövlət qeydiyyatına alınıb. Dövlət reyestrində cəmiyyətin təsisçisi və rəhbəri Cəbrayıl rayonu, Minbaşılı kəndində qeydiyyatda olan Zeynalova Nurlana Şahin qızı qeyd olunub. Dövlət reyestrində “SAFFİRA PLUS” MMC-nin hüquqi ünvanı isə Saatlı rayonu, Əlisoltanlı kəndi yazıllıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA