"Şit reklamlar"a böyük pullar xərcləyən "Tamstore": qiymətlər bahadır, yoxsa? - VİDEO

img

07-01-2026 [19:33]


Adı müxtəlif qalmaqalı şikayətlərdə tez-tez hallanan “Tamstore” marketlər şəbəkəsi "şit reklamlar"a böyük pullar xərcləsə də, bazarda arzulanan effekti ala bilmir.

Mia.az xəbər verir ki, son illər müxtəlif bölgələrdə sürətlə artan marketlər şəbəkəsinin bu dəfə "Komedixana"nın aktyor və aktrisasının ifasında hazırlatdığı "reklam süjeti" də belələrindəndir.

Belə ki, aktrisa Xəyalənin TikTok səhifəsində paylaşdığı "şit məzmunlu reklam"a yazılan şərhlərin böyük əksəriyyətində bu marketlər şəbəkəsindəki bahalığa diqqət çəkilib.

 Mia.az həmin "reklam süjeti"ni neçəyə başa gəldiyini öyrənmyə çalışsa da, hələlik buna nail ola bilməyib.

Mövzuya qayıdacağıq.

Qeyd edək ki, "TamStore" supermarketlərinin sahibi olan "Tam Store" MMC "Avrora Qrup" tərəfindən 2023-cü ildə yaradılıb.

"Tam Store" Məhdud Məsuliyyətli Cəmiyyətinin isə qanuni təmsilçisi Ceyhun Yusubov Lətif Oğludur.

"Avrora Group"un qanuni təmsilçisi Samir Natiq oğlu Əliyev, baş direktoru isə Ceyhun Yusubovdur.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA