Delsi Rodrigez ABŞ liderinə boyun əydi: "Bura bizim ərazimizdir" - Tramp daha iki ölkəni əməliyyatla hədələdi

img

05-01-2026 [08:57]


ABŞ Prezidenti Donald Tramp  "xəstə ölkə" adlandırdığı Kolumbiya ilə narkokartellərin daha təhlükəli olduğu Meksika liderlərini Venesuela prezidenti Madirononun aqibətindən dərs çıxarmağa çağırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə o, Florida ştatından Vaşinqtona qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında ultimatum verib.

O iddia edib ki, Meksikanın narkotik kartelləri tərəfindən idarə olunur: "Mən hətta Meksika prezidenti Klaudiya Şeynbaumlaya dedim ki, ölkənizdə asayişi bərpa etmək üçün Amerika qoşunlarının göndərməyə hazıram. Kolumbiya da xəstə ölkədir. Bizim bu iki ölkəyə əməliyyat planlarmız var, artıq onun ayaq səsləri səslənir".

Tramp Kubaya gəldikdə isə, o ölkənin artıq çöküşdə olduğunu iddia edib.

Venesuelaya hərbi müdaxiləsini düzgün və haqlı hesab edən Tramp bildirib ki, ABŞ-a bu ölkədən çoxlu miqdarda narkotik maddə axıb: "Nikolas Maduronun narkoterror dövləti idarə edirdi. İndisə Venesueladakı mövcud vəziyyətlə bağlı görüləsi çox iş var. Böyük Amerika neft şirkətləri bu ölkəyə gedib orada milyardlarla dollar dəyərində iş görməyə başlayacaq"

ABŞ Prezidenti Tramp ilk günlərdə ona meydan oxuyan və buna görə ona "səni götürdərəm, daha ağır bədəl ödəyərsən" deyə hədələdiyi Venesuelanın prezident vəzifəsini icra edən vitse-prezident Delsi Rodrigez ilə sıx əlaqədə olduğunu da deyib: "Venesuelada nəzarət bizdədir. Rodrigezlə hələ danışmamışam , lakin kabinet üzvlərim söhbətləşib. O, artıq bizimlə əməkdaşlıq edir. Ona yenə deyirəm, əgər ABŞ-ın maraqlarına zidd addımlar atarsa, Maduronun taleyindən daha betərini yaşayacaq. İnanıram ki, mövcud Venesuela hökuməti düzgün işlər görəcək. Venesuela hazırda ölü bir ölkədir. Biz onu dirçəltməliyik. Neft şirkətləri infrastrukturu yenidən qurmaq üçün böyük investisiyalar qoymalı olacaqlar və onlar buna hazırdırlar. Biz Venesuelanın neftindən istədiyimiz kimi istifadə etmək hüquqlarına malikik. 

Orada vəziyyət nizama salındqıdan sonra seçi olacaq. Ona qədərsə görüləcək çox iş var. Bəli, hazırda düzəltməli olduğumuz bir çox şey var, ölkə pis vəziyyətdədir, bunları düzəltməliyik. Ölkədəki hər şeyi idarə edəcəyik. Sonra isə düzgün vaxtda seçkilər keçiriləcək. Bura Venesueladır, bura bizim ərazimizdir"

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA