Mətin Məmmədliyə vəzifə verilib - Mərkəzdə dəyişiklik

img

06-01-2026 [13:31]


Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədliyə vəzifə verilib.

Mia.az Musavat.com-a istinadla xəbər verir ki, M.Məmmədli Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Mətin Məmmədli 1979-cu ildə Gəncə şəhərində anadan olub. Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsində bakalavr və magistr, AMEA-da beynəlxalq münasibətlər üzrə doktorantura təhsili alıb. 2010-2022-ci illərdə Bakı Dövlət Universitetinin Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasında müəllim, dosent vəzifələrində çalışıb. Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosentdir. Beynəlxalq və milli təhlükəsizlik problemləri, xarici siyasət üzrə çoxsaylı elmi və analitik məqalənin müəllifidir. Yeni təyinata qədər Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində baş məsləhətçi vəzifəsində çalışıb.

Onu da qeyd edək ki, Mətin Məmmədli mərhum siyasi xadim, Gəncənin sabiq icra başçısı Mürşüd Məmmədlinin oğludur.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA