"Bravo"da yumurta satışına qadağa qoyulub

img

06-01-2026 [17:19]


"Bravo" marketlər şəbəkəsində yumurta satışına  məhdudiyyət tətbiq edib. Sosial şəbəkələrdə yayılan görüntülərə əsasən, bir nəfərə maksimum 30 ədəd yumurta satılır.

Mia.az Bakuplus.az-a istinadən xəbər verir ki, qərar bazarda münasib qiymətlərlə satış fonunda yaranan kütləvi alışların qarşısını almaq məqsədi daşıyır.

Bu barədə şirkətdən bildiriblər.

“Bravo”nun açıqlamasına görə, limit bütün müştərilərin məhsullara bərabər çıxışını və mağazalarda məhsul davamlılığını təmin etmək üçün tətbiq olunub.

Şirkət qeyd edib ki, məhdudiyyət müvəqqəti xarakter daşıyır və topdan alışların qarşısını almağa yönəlib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA