Qalmaqal yaradan direktor müavini vəzifədən azad olundu

img

06-01-2026 [17:46]


Bakı Beynəlxalq Dəniz Limanı” MMC-nin direktor müavini Söhrab İsmayılov işdən çıxarılıb.

Məlumata görə, bununla bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin “Bakı Beynəlxalq Dəniz Limanı” MMC-nin direktoru Eldar Salahov müvafiq əmr imzalayıb.

Əmrə görə, Söhrab İsmayılov bu gün vəzifəsindən azad edilib.

Qeyd edək ki, Söhrab İsmayılov 2021-ci ildən Bakı Limanında müavin vəzifəsində çalışırdı.

O, limanın maliyyə, kadr siyasəti, SƏTƏM, nəqliyyat və sair sahələrinə cavabdeh idi. İşlədiyi müddət ərzində Söhrab İsmaylov çoxlu sayda intriqalar, xoşagəlməz əməlləri ilə yadda qalmışdır. Bu baxımdan onun işdən çıxarılması liman kolllektivi tərəfindən sevinclə qarşılanıb./Demokrat.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA