Ceyhun Bayramov Gürcüstan XİN başçısı ilə müzakirə aparıb

img

29-12-2025 [15:32]


Xarici işlər naziri Ceyhun Bayramov gürcüstanlı həmkarı Maka Botçorişvili ilə telefon danışığı zamanı Azərbaycan neft məhsullarının Gürcüstan üzərindən Ermənistana ixracını müzakirə edib.

Mia.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirlər iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyətini və perspektivlərini müzakirə ediblər. Ölkələr arasında ali və yüksək səviyyədə mövcud siyasi dialoqun, baş tutan intensiv səfərlərin münasibətlərimizin daha da gücləndirilməsinə töhfə verdiyi vurğulanıb. Növbəti ildə də yüksək səviyyəli siyasi təmasların daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Tərəflər bölgədə ticarət və kommunikasiya məsələləri barədə müzakirə apararaq bu istiqamətdə səyləri alqışlayıblar. Azərbaycan neft məhsullarının Gürcüstan üzərindən Ermənistana ixracı ilə bağlı tarif məsələsində əldə olunmuş razılığı məmnuniyyətlə qeyd edən nazirlər, bu istiqamətdə işlərin davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar. Nazir Ceyhun Bayramov Gürcüstan rəhbərliyinin operativ qaydada məsələni həll etdiyinə görə qarşı tərəfə təşəkkürünü bildirib.

Bununla yanaşı, digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Nazirlər qarşıdan gələn Yeni il bayramı münasibətilə səmimi təbriklərini çatdırıb, iki ölkə arasında münasibətlərin yeni ildə daha da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA