Şuşada köməksiz vəziyyətdə qalanlar xilas edilib

img

29-12-2025 [10:58]


 

Şuşada yollar buz bağlayıb, avtomobildə olanlar köməksiz vəziyyətdə qalıb.

Mia.az Fövqəladə Hallar Nazirliyinə istinadla bildirir ki, "112" qaynar telefon xəttinə Şuşa şəhərində yolların buz bağlaması səbəbindən vətəndaşların avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Yanğınsöndürən-xilasedicilər tərəfindən yolun buz bağlaması səbəbindən sürüşərək yol kənarında qalmış "Hyundai" markalı minik avtomobilinin hərəkəti təmin edilib və sərnişinlərinə müvafiq köməklik göstərilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

12:58 27.12.2025

45 hakim and içib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA