"Evlərə 1500, obyektlərə 2500..." - İşıq çəkilişində rüşvət 5 qat artıb

img

30-12-2025 [12:29]


Naxçıvanda yeni tikilən obyekt və evlərə elektrik çəkilməsi üçün alınan rüşvət 5 dəfə qaldırılıb. Rüşvət artımı, Naxçıvanın elektrikləşdirilməsi “Azərişıq”a həvalə olunandan sonra ortaya çıxıb.

Mia.az xəbər verir ki, bu haqda “Gündəlik Naxçıvan”a sakinlər məlumat veriblər.

Şikayətçilərin sözlərinə görə, əvvəl yeni evin elektrikləşdirikləsi üçün 300 manat rüşvət tələb olunurdusa, indi bu məbləğ 1500-ə qaldırılıb. Yeni obyektlər üçün alına rüşvət isə, 500-dən 2500-ə qaldırılıb.

Babək rayon sakini Vəli Məmmədov deyir ki, rüşvət verməkdən imtina etdiyi üçün yeni tikdiyi evi elktriklə təmin olunmur: “İşıq xəttinin çəkilməsi, sayğacın qoyulması üçün işıq idarəsinə müraciət etdim. !500 manat pul istədilər. Etiraz etdim, dedim ki, qanuni sənəd versinlər pulu ödəyim. İmtina etdilər. Mən də pul verməkdən imtina etdim. Bir neçə aydır ki, get-gələ salıblar. Əvvəllər yaxşı idi. Həm pul az alırdılar, həm də pul olmayanda güzəşt edirdilər. İndi deyirlər ki, bir qəpik də keçmərik. ”

Yeni açılan obyektlərdən birinin sahibi B. Məmmədov deyir ki, özbaşınalıqla bağlı Naxçıvan rəhbərliyinə şikayətlər etsələr də, nəticə olmayıb: “Emin Əkbərli “Azərişıq”ın Naxçıvan üzrə rəhbəri təyin olunandan vəziyyət daha da pisləşib. Heç kimi saymır, istədiyi qiyməti qoyur. Məndən 2500 manat rüşvət istədilər, məcbur qalıb, verdim. Çünki, kredit götürüb, obyekt açmışam, işləməliyəm ki, borcumu qaytara bilim. Bir sözlə, bazara çeviriblər. Ali Məclisə şikayətə də getdim, heç bir əhəmiyyəti olmadı.”


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA