“Bank BTB”,  “Yelo Bank”, “Unibank”... - Ramiz Mehdiyevlə Vahid Ələkvərovun bankları qırmızı çizgidə + CƏDVƏL

img

12-12-2025 [17:43]


Bu ilin noyabr ayında Azərbaycanda barəsində ən çox şikayət edilən bank “Bank BTB” ASC olub.

Mia.az Yeniavaz.com-a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Şikayət olunan bankların siyahısında “Yelo Bank” ASC ikinci, “Unibank” ASC isə üçüncü olub.

Barəsində ən az şikayət edilən bank isə “Paşa Bank” ASC olub. 6 bank haqqında isə heç bir şikayət daxil olmayıb.

Qeyd edək ki, barəsində ən çox şikayət edilən “Bank BTB” həm də Azərbaycanda zərərlə işləyən yeganə bankdır. Bu ilin ilk 3 rübünün yekununda “Bank BTB” ASC-nin xalis zərəri 641 min manat olub.

3 ildir “Bank BTB” ASC zərərlə işləyir. Belə ki, 2024-cü ildə bankın xalis zərəri 839 min manat, 2023-cü ildə 2 milyon 779 min manat, 2022-ci ildə isə 4 milyon 975 min manat olub. Bank 2020-ci ildə də 9 milyon 130 min manat zərər edib.

Məlumat üçün qeyd edək ki, “Bank BTB” ASC-nin səhmlərinin 74,99%-i Mehdiyeva Nigar İsmayıl qızına, 19,01%-i Sadiq Rza İsmayıl oğluna, 6%-i isə Mahmudova Tükəzban Ağa qızına məxsusdur.

“Bank BTB”nin əsas səhmdarı olan Nigar İsmayıl qızı Mehdiyeva Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin gəlindir.

Onu da bildirək ki, dövlətə xəyanətdə ittiham olunan və barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilən Ramiz Mehdiyevin yeganə oğlu general-mayor Teymur Mehdiyev bir müddət əvvəl fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad olunub.

Mia.az onu da xatırladır ki, ən çox şikayət olunan bankların siyahlısında adı 2-cı sırada qırmızı xəbərdarlıqda göstərilən  "Yelobank" isə son vaxtlar sanksiyalar səbəbindən müxtəlif ölkələrdəki Lukoil yanacaqdoldurma məntəqələrini satışa çıxaran Vahid Ələkbərova məxsusdur.

Bu bank haqqında yaranandan bəri şikayətlərin sayı artan müstəvidə davam edir.

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 12.12.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA