AZƏRBAYCAN FUTBOLUNA MƏRC OYUNLARININ TƏSİRİ: hansı oyunlar qumara qoyulub?
12-12-2025 [14:55]
Bu ilin yanvarında AFFA İntizam Komitəsinin qərarı ilə danışılmış oyunlara görə ömürlük futboldan uzaqlaşdırılan “Şamaxı”nın sabiq oyunçusu Adil Nağıyevin hansı matçlara mərc etdiyi müəyyənləşib.
Mia.az Teleqraf-a istinadla xəbər verir ki, Adil Nağıyev bu işdə komanda yoldaşı Giorgi Kantariya ilə əlbir olub.
Əldə etdiyimiz məlumata görə, Adilin Kantariya ilə əlbir olduğu ilk qarşılaşma ötən il Premyer Liqanın 15-ci turunda Şamaxıda keçirilən “Şamaxı” – “Kəpəz” matçıdır.
Belə ki, hər iki futbolçu “Topaz” və digər mərc saytlarında “Şamaxı”nın məğlubiyyətinə pul qoyuluşu ediblər. Nəticədə “Şamaxı” sözügedən matçda 0:1 hesabı ilə məğlub olub.
Bundan başqa, tərəflər ötən il 4 dekabr tarixində Azərbaycan kubokunun 1/8 mərhələsi çərçivəsində Zirə Olimpiya Kompleksində keçirilən “Zirə” – “Şamaxı” matçında manipulyasiya ediblər.
Adil Nağıyev “Şamaxı”nın məğlubiyyətinə yatırım edərək əldə edilən qazancdan Kantariyaya 5 min dollar vəd edib. Qəsdən səhv ötürmə etməklə, bilərəkdən səhv mövqe seçməklə, rəqibin təhlükəli hücumlar etməsinə şərait yaratmaqla və digər bu kimi əməllərə yol verən tərəflər komandasının 1:3 hesablı məğlubiyyətinə şərait yaradıblar.
Adil Nağıyev Kantariadan əlavə komandanın yarımmüdafiəçisi Vasiliye Bakiçlə Vasiliye Redenoviçi də “iş başında” görmək istəyib. Lakin legioner futbolçular bu təkliflə razılaşmayıb. Maraqlıdır ki, Adillə Kantariyanı ifşa edən də Redenoviç olub. O, rəhbərliyə Adillə yazışmasını təqdim edib.
Məlum olub ki, Adil Rusiyadan gələn şəxsə matçın 30-cu dəqiqəsindən sonra “Şamaxı”nın məğlubiyyətinə mərc etməsinə dair işarə verib. Adil Nağıyev “Şamaxı” – “Kəpəz” matçında iştirak etməsə də, Kantariya meydanda olub. Nağıyev meydanda olmasa da, komandasının məğlubiyyətinə pul yatırıb.
Adil Nağıyev ilkin istintaqa ifadəsində bildirib ki, Azərbaycan ərazisindən burada keçirilən çempionat oyunlarına yüksək məbləğlərdə pul yatırmağın mümkün olmadığını öyrənib. Buna görə də 2024-cü ilin noyabr ayının ortalarında əvvəllər futbolçu olmuş və hazırda Türkiyədə yaşayan Elgün Nəbiyevlə vatsapla əlaqə yaradıb.
Elgünə üç oyuna 40.000-50.000 manat intervalında mərc etmək istədiyini bildirən Adil Nağıyev, bunun Türkiyə ərazisindən mümkün olub-olmadığını soruşub. Elgün də ona Türkiyədən də Azərbaycan oyunlarına yüksək məbləğdə pul vəsaiti mərc etmək olmadığını, lakin Rusiyada yaşayan Orxan adlı tanışının bu işdə ona köməklik edə biləcəyini bildirib.
Orxanla danışıq zamanı “Zirə” - “Şamaxı” arasında baş tutacaq oyunda müdafiəçisi olduğu “Şamaxı”nın bilə-bilə passiv hərəkətlər və “səhvlər” edərək uduzdurmaq istədiyini, 50.000 manat məbləğdə pul vəsaitini mərc etməklə yüksək qazanc əldə etmək istədiyini bildirib.
Danışıq zamanı Orxana üç oyunu mərc etmək istədiyini söyləyib. Həmin oyunlarda mərcin məzmunu “Zirə” - “Şamaxı” oyununda “Şamaxı”nın əsas vaxtda məğlubiyyəti, “Sumqayıt” – MOİK matçında “kimyaçılar”ın əsas vaxtda qələbəsi və “Neftçi" - “Difai Ağsu” oyununda isə əsas vaxtda 4 qol vurulacağı ilə bağlı olub.
Həmin vaxt Orxanla danışıq zamanı sonuncu ona “Zirə”- “Şamaxı” oyununda əmsalların 2-2.70 arası olacağını ehtimal etdiyini deyib. Tərəflər razılaşsa da, Orxan sonradan zəng edərək üç oyuna mərc edə bilməyəcəyinin bildirib. Sonda Adil “Zirə” ilə kubok matçında kapitanı olduğu “Şamaxı”nın məğlubiyyətinə mərc edib.
Məlum olub ki, Adil Orxana “Şamaxı”nın 2 top fərqi ilə uduzmasına mərc etməyi tapşırıb. Lakin Orxan matça 30-cu dəqiqədən sonra canlı mərc edib. Bu dəqiqəyə qədər isə “Zirə” artıq 2:0 öndə olub. Tərəflərin bir-birini anlamaması nəticəsində Adilin mərcdən pul qazanmaq sevdası baş tutmayıb və əlində olan məbləği uduzub. Orxan sonradan bildirib ki, canlı mərc 10-cu dəqiqədə bağlanıb, yalnız 30-cu dəqiqədən sonra açılıb.
Orxan isə pulu qaytarmaqdan imtina edib.
Adil daha sonra komandanın baş məşqçisi Ayxan Abbasova vatsapda səs ataraq üzr istəyib. O, səs yazısında əməlindən peşman olduğunu, şeytana uyduğunu bildirib.
“Topaz” istintaqa Adil Nağıyevin təşəbbüsü ilə yaradılan kuponları da təqdim edib. “101340” nömrəli “Topaz” məntəqəsində oyunlar başlamamışdan qabaq, əmsal 1,52-dən hesablanaraq hər birində 200 AZN məbləğində 4 kupon (bilet) üzrə ümumilikdə 800 manat məbləğində pul vəsaiti mərc edilib. Mərcin yekununda hər kupon (bilet) üzrə 653,61216 AZN yekun uduş məbləği əldə edilib.
Həmin kuponların hamısında “Şamaxı” – “Kəpəz” matçında Gəncə təmsilçisinin uduzmayacağı, Azərbaycan Premyer liqası çərçivəsində keçirilən “Zirə” “- “Sumqayıt” oyununda bakılıların qələbəsi, “Neftçi” – “Qarabağ” oyununda ağdamlıların, “Araz Naxçıvan” – “Turan Tovuz” matçında isə “3.5 alt” qeyd edilib. Yekunda “Kəpəz”, “Qarabağ” “Zirə” qalib gəlib, “Araz Naxçıvan”ın matçı isə 1:0 hesabı ilə yekunlaşdığından hər 4 kupon uduşlu olub.
Qeyd edək ki, Adil Nağıyevə Cinayət Məcəlləsinin 192-2.3.1-ci maddəsi ilə ittiham elan edilib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Adil Nağıyev 5 il müddətə azadlıqdan məhrum edilib. Lakin onun cəzası şərti hesab edilməklə 1 il sınaq müddəti təyin edilib.
P.S. Xatırladaq ki, Türkiyədə futbolçu, hakim və klub rəhbərlərinin mərc qumar oyunlarında iştirakı sübut olunub. İndiyə qədər 1000-dən çox futbolçu, 400-dək hakim və klub rəhbərləri buna görə cəzalandırılıb.
MİA.AZ
Kante bu gecə İstanbula gəlir
Deputat: "15 region yaradılmalı, hər regionun özünün məclisi olmalı və..." - MÜSAHİBƏ
Keçmiş hakimin şikayəti təmin edilmədi
Azərbaycana sibir soyuq hava kütləsi daxil olub
12 və 14 yaşlı bacı-qardaş baltalayan əmi həbsdə öldü (YENİLƏNİB)
Çin və Rusiya liderləri videobağlantı çərçivəsində görüşüblər - GÜCLƏR BİRLƏŞDİRİLİR?
MİDA Yaşayış Kompleksində təhlükəli vəziyyət yaranıb - VİDEO
“Kontakt Home” mağazalar şəbəkəsi daha bir müştərini narazı salıb
Məşhur yazıçının pedofil milyarderə mesajı: "Tanrı uydurmadır, gözəl qızlar gerçəkdir"
Milli Məclisdə bələdiyyələrlə bağlı müzakirə aparılacaq
BAKIYA QAR YAĞACAQ - Sabahın hava proqnozu
İmamoğlunun qaynı saxlanıldı - Narkotik ittihamı ilə
Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinə yeni rəis təyin olunub
Bakıda güclü külək - Ağaclar aşıb
İlham Əliyevlə Paşinyan geniş tərkibdə görüşüblər - BƏƏ-də nələr razılaşdırıldı? + FOTOLAR (YENİLƏNİB)
Rejissor: "Filmdə söyüş söymək ola bilər, amma..."
GENERAL İDARƏ RƏİSİ TƏYİN EDİLDİ - Xidmətdə növbəti dəyişiklik
64 yaşlı kişi dəm qazından ölüb
"Ramiz Mehdiyev dedi ki, onun evindəki telefonu kəsin" - "Yeni Azərbaycan" qəzeti tarixi faktları yazır
Abşeron İcra Hakimiyyətində bəzi şöbələr ləğv olunub - Yeni sektorlar yaradılıb, təyinatlar var
İcra başçısı Allahverdi Dəmirovun oğluna yeni vəzifə verdi
Təranə Salıfova icraçı direktorun müavini təyin edilib
Sumqayıt İH-də dəyişiklik olub
Sabiq deputat şikayətini geri götürdü - Məhkəmə iclası
İsrail Qəzzanı bombaladı: daha 9 nəfər öldü
Braziliyada avtobus qəzasına görə üç günlük matəmelan olunub
Bu ay 4 bürcə "günəş doğacaq"?
Azərbaycan kuboku: bu gün 1/4 final mərhələsinə start veriləcək
Mərkəzi Bank uçot dərəcəsini azaldıb, bəs illik inflyasiya? - QƏRAR
72500 manat borcu var, lakin... - İnstitut 7.8 milyon manatlıq tenderin qalibi oldu
"Sürüşmə təhlükəsi var" - Yol polisi sürücülərə xəbərdarlıq edib
Türkiyədə iqtidar partiyasının qərargahına hücum olub - Açıqlama
Azərbaycan nefti cüzi bahalaşdı
Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... - TƏHLİL
GƏNCƏDƏ SENSASİYALI OLAY: "Kəpəz"in bakılı futbolçusu vuruldu, vəziyyəti ağırdır - Ona zərbəni kim endirib? (YENİLƏNİB)
Günəşdə ard-arda 4 partlama olub - Nələr gözlənilir?
SpaceX və xAI birləşir: süni intellekt orbitə daşınır - Dünya inanılmaz, ancaq gerçək dəyişikliklərə hazırlanır
ABŞ-İran danışıqları nə vaxt olacaq? - Ağ Evdən açıqlama
Qəddafinin varisi öldürüldü, yoxsa... - Müşaviri və rəsmi agentlik "hə", ordu isə "yox" deyir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-dan İranın hərbi həmləsinə - Reaksiya
Myanmada zəlzələ oldu - 5.9 bal gücündə