"Haqqımı tələb edəcəyəm" - "Karvan-Yevlax"ın baş məşqçisndən istefaya göndərilməsinə əsəbi reaksiya

img

26-11-2025 [16:09]


"Karvan-Yevlax"ın baş məşqçisi Azər Həşimov müqaviləyə əsasən klubdan almalı olduğu bütün məbləği tələb edəcək.

Mia.az xəbər verir ki, o, bu barədə Report-a açıqlamasında bildirib.

O, Yevlax təmsilçisi ilə mövsümün sonuna qədər müqaviləsinin olduğunu xatırladıb:

"Bildirmək istəyirəm ki, müqaviləmin müddəti maya qədərdir. Mənimlə hələ ki, heç kim əlaqə saxlamır. Bildiyimə görə, komanda Füzuli Məmmədova tapşırılıb. Mətbuatda yazırlar ki, Azər Həşimov "Neftçi"nin sabiq baş məşqçisi Samir Abasovun yolunu gedir. Xeyir, belə bir şey yoxdur. Hərənin öz adı, öz yolu var. Bəlkə sakit təbiətli görünə bilərəm. Lakin müqaviləyə əsasən haqqımı tələb edəcəyəm".

Qeyd edək ki, "Karvan-Yevlax" hazırda 5 xalla turnir cədvəlinin sonuncu - 12-ci pilləsində yer alıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
14:48 26.11.2025

Papa Türkiyəyə gəlir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA